Şərafəddin Sabunçuoğlu (osman. شرف الدّین صابونجی اوغلی; 1385[1][2], Amasya – 1468[1][2]) — orta əsr Osmanlı cərrahı və həkimi.[3][4] O, 17 yaşından tibblə maraqlanmağa başlayıb[5] və ölümünə qədər 14 il rəhbərlik etdiyi Amasya Darüşşifa xəstəxanasında tibb və tibbi tədqiqatlar ilə məşğul olub.[6] İlk türk cərrahiyyə əsərinin müəllifidir.
Sabunçuoğlu Şərafəddin | |
---|---|
osman. شرف الدّین صابونجی اوغلی | |
Doğum tarixi | 1385[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 1468[1][2] |
Vikianbarda əlaqəli mediafayllar |
Sabunçuoğlu Şərafəddin 1385-ci ildə Amasyada anadan olub.[7] Babası Sabunçuoğlu Hacı İlyas Çələbi və atası Əli Çələbi o dövrün xəstəxanalarından biri olan Amasya Bimarhanesinin baş həkimi olan məşhur həkimlər idi. O, çox gənc yaşlarından ustad-şagird münasibəti formasında həkimliyi öyrənməyə başlayıb. Təməl tibb təhsilini Amasya xəstəxanasında (Amasya Darüşşifâsı) həkim Burhanəddin Əhməddən alıb. O, hələ 17 yaşında ikən tibb ilə məşğul olmağa başlayıb və o vaxtdan ömrünü mütaliəyə, araşdırmalara və təcrübələrə həsr edib.[7] O, ölümünə qədər Amasya xəstəxanasında çalışmış və 14 ilə yaxın müddətdə həmin xəstəxananın baş həkimi olub.
O dövrdə həkimlər cərrahiyyə ilə çox maraqlanmırdılar və hətta cərrahi müalicənin zəruri olduğu hallarda belə, israrla dərmana üstünlük verirdilər. Buna səbəb cərrahi müdaxilələr üçün arayış kitablarının azlığı və xəstələrin həyati təhlükəsi və əlillik riskinin yüksək olması idi. Buna baxmayaraq, Şərafəddin Sabunçuoğlu bir çox həkimdən fərqli olaraq cərrahiyyə ilə xüsusilə maraqlanırdı.[7]
Amasyada işlədiyi Darüşşifa binası onun xatirəsinə muzey kimi təşkil edilib və onun adına xəstəxana da mövcuddur.
Onun Akrabadin Tercümesi, Cerrahiyyeti'l-İlhaniyye (İmperial Cərrahiyyə) və Mücerrebnâme olmaqla 3 əsas əsəri var.[8] İlk dəfə 1920-ci ildə Dr. Hakkı Uzel tərəfindən nəşr olunan məqalə ilə elm aləminə tanıdılan Sabunçuoğlunun əsərləri bugünkü dilə İlter Uzel tərəfindən tərcümə edilib.
II Bayezid şahzadə ikən Sabunçuoğludan Zeynəddin əl-Cürcaninin Zahire-i Harzemşâhî kimi tanınan əsərini tərcümə etməsini istədi. O, bu çox əhatəli əsərin yalnız farmakologiya ilə bağlı hissəsini tərcümə etdi. O, həmçinin kitabın sonuna yeni məlumatların yer aldığı daha iki fəsil əlavə etdi.[7]