Sadıq Dadaşov

Sadıq Ələkbər oğlu Dadaşov (2 (15) aprel 1905, Bakı, Bakı quberniyası, Rusiya imperiyası24 dekabr 1946, Moskva) — Azərbaycan-sovet memarı, memarlıq tarixçisi, Azərbaycan sovet memarlığının banilərindən biri, professor, SSRİ Memarlıq Akademiyasının müxbir üzvü (1941), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), "Stalin" mükafatı laureatı (1941).

Sadıq Dadaşov
bayraq
Azərbaycan SSR Nazirlər Soveti yanında Memarlıq İşləri İdarəsinin rəisi[a]
bayraq2
1944 – 24 dekabr 1946
Əvvəlkivəzifə təsis edilib
SonrakıƏnvər Qasımzadə
Şəxsi məlumatlar
Doğum tarixi 2 (15) aprel 1905
Doğum yeri
Vəfat tarixi 24 dekabr 1946(1946-12-24) (41 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti memar
Elmi fəaliyyəti
Elm sahəsi memarlıq

Təltifləri "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
2-ci dərəcəli "Stalin" mükafatı Azərbaycan SSR əməkdar incəsənət xadimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Poçt markası, 2016-cı il

Sadıq Ələkbər oğlu Dadaşov 15 aprel 1905-ci ildə Bakıda anadan olmuşdur.[1]

Sadıq Dadasov 1929-cu ildə M. Əzizbəyov adına Bakı Politexnik İnstitutunun İnşaat fakültəsini bitirmişdir.[2]

O, 1944-cü ildə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Memarlıq İşləri İdarəsinin ilk rəisi olmuşdur.[3]

Sadıq Dadaşov 1941-ci ildə SSRİ Memarlıq Akademiyasının müxbir üzvü, 1945-ci ildə yeni yaradılmış Azərbaycan SSR Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) akademiki seçilmişdir.[2]

1940-cı ildə ona Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adı verilmiş və 1941-ci ildə SSRİ Dövlət mükafati laureatı olmuşdur.[2]

O, "Lenin" ordeni, "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif edilmişdir.[4]

Sadıq Dadaşov 24 dekabr 1946-cı ildə Moskvada vəfat etmiş, Bakıda dəfn olunmuşdur.[5]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Sadıq Dadaşov Azərbaycan memarlıq irsinin ilk elmi tədqiqatçısıdır. O, Azərbaycan memarlığı tarixinin öyrənilməsinin əsasını qoymuş, bu məqsədlə 1934–1940 və 1944–1946 illərdə Azərbaycanın bir sıra rayonlarına elmi səfərlər təşkil etmişdir.[4]

Sadıq Dadaşov memarlıq və nəzəri əsərlərini görkəmli Azərbaycan memarı və memarlıq tarixçisi Mikayıl Hüseynovla birgə yaratmışdır. Sadıq Dadaşovun layihəsi əsasında Bakıda və respublikanın digər şəhərlərində çoxlu yaşayış, ictimai və mədəni-məişət binaları tikilmiş və bu memarlıq əsərləri Azərbaycan memarlığının inkişafında böyük rol oynamışdır.[4]

Sadıq Dadaşov 1929–1933 illərdə 23 tikilinin layihəsini vermişdir. Bunlara Bakıdakı fabrik-mətbəx (Bayılda), Azərbaycan Sənaye İnstitutunun yeni binası (indiki Azərbaycan Dövlət Neft Akademiyası; hər ikisi 1932), İncəsənət işçiləri üçün ev, bir sıra yaşayış binaları kompleksi, Qazaxdakı Pedaqoji Texnikumun binası (hamısı 1933) aiddir.

Sadıq Dadaşovun əsas işləri:

Sadıq Dadaşov Nizami Gəncəvinin 1946-cı ildə Gəncədə , 1949-cu ildə Bakıda qoyulmuş abidələrinin layihə müəllifidir.

Əsas elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Памятники Азербайджанской архитектуры в Баку. Москва, 1938.
  • Архитектурные памятники Баку. Москва, 1946.
  • Архитектура Азербайджана III–XVIII вв., Москва, 1948.
  • Архитектура Советского Азербайджана, Б. — М., 1950.
  • Ансамбль дворца ширваншахов в Баку. Москва, 1956.
  • Bakının memarlıq abidələri. Bakı, 1955.
  1. 28 mart 1946-cı ilədək Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Memarlıq İşləri İdarəsinin rəisi kimi
  1. Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri haqqında məlumat kitabı.(Tərtibçı: Afaq Əsədova). II, Bakı,2005
  2. 1 2 3 Azərbaycan Sovet Ensiklopediyası. III cild, Bakı-1979. səh. 312
  3. Azərbaycan Sovet Ensiklopediyası. III cild, Bakı-1979. səh. 313
  4. 1 2 3 Azərbaycan Sovet Ensiklopediyası. III cild, Bakı-1979.
  5. Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri haqqında məlumat kitabı.(Tərtibçı: Afaq Əsədova). II, Bakı,2005
  • Azərbaycan Sovet Ensiklopediyası. III cild, Bakı, 1979. səh. 312–313.
  • Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri haqqında məlumat kitabı.(Tərtibçı: Afaq Əsədova). II, Bakı,2005