Sadə cümlənin şəxsə görə növləri

Sintaksisdə şəxs dedikdə mübtəda nəzərdə tutulur. Cümlənin şəxsə görə növləri də mübtədanın olması və ya onun təsəvvür olunması dərəcəsinə görə müəyyənləşir. Sadə cümlənin şəxsə görə növləri aşağıdakılardır:

  1. Müəyyən şəxsli cümlə.
  2. Qeyri-müəyyən şəxsli cümlə.
  3. Ümumi şəxsli cümlə.
  4. Şəxssiz cümlə.
  5. Adlıq cümlə (mübtəda əsasında formalaşır).

Müəyyən şəxsli cümlə

[redaktə | mənbəni redaktə et]

Mübtədası və xəbəri- cümlənin qrammatik əsası iştirak edən cümlələr müəyyən şəxsli cümlələrdir. Məsələn: Həyat mübarizədir. Aqşin dərs əlaçısıdır. Müəyyən şəxsli cümlələrin bir qismində mübtəda olmasa da, onları xəbərdəki şəxs sonluqlarına görə bərpa etmək olur. Məsələn: Dərsdən evə qayıdırdım (kim?- mən) Mənə bir stəkan çay gətirdi (kim?- o) Müəyyən şəxsli cümlələr ikinci dərəcəli üzvlərin iştirakı baxımından müxtəsərgeniş ola bilər. Məsələn: Muxtar getdi (müxtəsər). Biz səhər rayona gedəcəyik (geniş).

Qeyri-müəyyən şəxsli cümlələr

[redaktə | mənbəni redaktə et]

Hərəkət və hökmün qeyri-müəyyən şəxsə aid olduğunu bildirən cümlələrə qeyri-müəyyən şəxsli cümlələr deyilir. Qeyri-müəyyən şəxsli cümlə xəbər əsasında formalaşır, mübtədası olmur. Belə cümlələrin xəbəri III şəxsin cəmində olur. Məsələn: Yarış keçirirdilər (Kim? Dəqiq deyil. Qeyri-müəyyən şəxs və ya qrup). Belə cümlələrdə işi icra edən, əsasən, bir qrup şəxsdən ibarət olur, lakin onlar qeyri-müəyyən olur. Həmin cümlələrdə diqqəti cəlb edən işi icra edən deyil, işin özüdür.

Ümumi şəxsli cümlə

[redaktə | mənbəni redaktə et]

Hərəkət və hökmün hamıya aid olduğunu bildirən sadə cümlələrə ümumi şəxsli cümlə deyilir. Ümumi şəxsli cümlələr xəbər əsasında formalaşır, mübtədası olmur. Əsasən, atalar sözləri, məsəllər, aforizmlər, bu cümlələrlə ifadə olunur və hərəkət, hökm hamıya aid olur. Məsələn: Dostu dar gündə sınayırlar (kim? hamı.) Ümumi şəxsli cümlələr daha çox geniş cümlə şəklində olur. Mürəkkəb cümlə tərkibində müxtəsər ümumi şəxsli cümlə işlənə bilər. Məsələn: Oxuyarsan, adam olarsan.

Şəxsiz cümlə

[redaktə | mənbəni redaktə et]

Mübtədası olmayan, təsəvvür olunması da qeyri-mümkün olan sadə cümlələr şəxsiz cümlələr adlanır. Şəxsiz cümlələr də xəbər əsasında formalaşır, mübtədası olmur. Xəbəri III şəxsin təkində olur. Şəxsiz cümlələr xəbərlərinin ifadəsinə görə iki cür olur.

İsmi xəbərli şəxsiz cümlələr

[redaktə | mənbəni redaktə et]

Səhərdir. Qış axşamı idi. Baharın ilk günlərindən biri idi. isti yay günlərindən biridir. Vaxtdır.

Feli xəbərli şəxsiz cümlələr

[redaktə | mənbəni redaktə et]

Belə cümlələr, bir qayda olaraq, iki cürdür:

Xəbəri şəxsiz feillərlə ifadə olunan şəxsiz cümlələr

[redaktə | mənbəni redaktə et]

Sənədlərə baxıldı. Dağa yürüş edildi. İclasda bu məsələyə toxunulmadı.

Xəbəri frazeoloji birləşmələrlə ifadə olunan şəxsiz cümlələr

[redaktə | mənbəni redaktə et]

Mənim ona yazığım gəlir. Müəllimin onun cavabından xoşu gəldi. Ona rəhmin gəlir.

Əşyanın, hadisənin adını çəkməklə onun mövcudluğu haqqında məlumat verən sadə cümlələrə adlıq cümlə deyilir. Bu cümlələrin xəbəri olmur, onlar mübtəda əsasında formalaşır. Adlıq cümlələrdən yazılı ədəbi dildə: bədii (xüsusən dram əsərlərinin remarkalarında), publisistik əsərlərdə istifadə edilir. Məsələn: Qarabağ. Şuşa qalası. Cıdır düzü. At çapan igidlər.

TQDK 2014. Sadə cümlənin şəxsə görə növləri.