Sadiq Əhməd (türk. Sadık Ahmet, 7 yanvar 1947, Komotini – 24 iyul 1995, Komotini) — türk əsilli professor, həkim, siyasətçi, Dostluq, Bərabərlik və Sülh Partiyasının qurucusu.
Sadiq Əhməd | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 yanvar 1947 |
Doğum yeri | |
Vəfat tarixi | 24 iyul 1995 (48 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | yol-nəqliyyat hadisəsi |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Sadiq Əhməd 1947-ci ildə Komotinin Sikəli kəndində anadan olmuşdur. İbtidai məktəbi burada bitirdikdən sonra orta təhsilini Cəlal Bayar Liseyində tamamlamışdır. Daha sonra Ankara Universitetinin Tip fakültəsinə daxil olan Sadiq Əhməd 1966–1967-ci illərdə burada oxuduqdan sonra Saloniki Univeristetinin Tip fakültəsinə qəbul olmuşdur. Sadiq Əhməd 1974-cü ildə universiteti bitirərək hərbi xidmətə yollanmışdır. O, 1978-ci ildə Qərbi Frakiyaya qayıdaraq cərrah ixtisasına yiyələnmək üçün çalışmış və nəticədə 1984-cü ildə cərrah adını qazanmağa nail olmuşdur.
Sadiq Əhməd 1984-cü ildə mənsubu olduğu Qərbi Frakiya türklərinin problemləri ilə maraqlanmağa başladı. 1985-ci ildə Qərbi Frakiya türklərinin problemlərini beynəlxalq ictimaiyyətə çatdırılması üçün imza toplamağa başlamış və bu fəaliyyətinə görə 8 avqust 1986-cı ildə həbs edilmişdir. Buna baxmayaraq o artıq 15 mindən çox imza toplamağa nail ola bilmişdi.
1986-cı il sentyabrın 25-də Salonikidə İnsan Haqları üzvlərinə Qərbi Frakiya türklərini problemləri adlı broşürlər payladığı üçün 30 ay həbs cəzasına məhkum edildi.
Sadiq Əhməd 18 iyun 1989-cu il seçkilərində Qərbi Frakiya türkləri arasından seçilən ilk müstəqil millətvəkili olmuşdur, lakin tezliklə vəzifəsi əlindən alınmış və 26 yanvar 1990-cı il çıxışında Qərbi Frakiyadakı etnik azlığı türk adlandırdığı üçün yenidən həbs edilmişdir.[1]
8 aprel 1990-cı ildə ikinci dəfə müstəqil millətvəkili seçilən Sadiq Əhməd Qərbi Frakiya türklərini təmsil edən ilk partiya- Dostluq, Bərabərlik və Sülh partiyasını qurmuşdur, lakin onun partiyası 3% limitini keçə bilmədiyi üçün məclisə daxil ola bilmədi. Sonrakı illərdə də Sadiq Əhməd fəaliyyətini davam etdirdi.[2]
Sadiq Əhməd 24 iyul 1995-ci ildə Komotini şəhərinin Sostis kəndində keçirdiyi müəmmalı avtomobil qəzasında həyatını itirmişdir.[3] Hal-hazırda Türkiyədə, xüsusilə Frakiya bölgəsində onun adını daşıyan məktəblər, yollar və parklar inşa edilmişdir.[4][5]
...who later died in a controversial car accident...