Saegheh-2 (Azərbaycan dili: “İldırım”) Shahed Aviasiya Sənayesi tərəfindən istehsal olunmuş[1] İranın turbofan/pistonla işləyən uçan qanad dizayınına malik olan çoxməqsədli Pilotsuz uçuş aparatıdır.[1] İran tərəfindən ələ keçirilmiş və əks-mühəndislik üsulu ilə Lockheed Martin RQ-170 Sentinel Pilotsuz uçuş aparatının baza modeli əsasında istehsal edilmişdir. Ancaq Lockheed Martin RQ-170 Sentinel Pilotsuz uçuş aparatından daha kiçik və əhəmiyyətli dərəcədə fərqlidir.[2] Bu PUA Shahed 171 Simorgh ilə birlikdə İranın iki uçan qanad dizayınına malik olan PUA-larından biridir.
Saegheh | |
---|---|
İstismarçılar | |
Baza modeli | Lockheed Martin RQ-170 Sentinel |
Vikianbarda əlaqəli mediafayllar |
Saegheh 2016-cı ilin oktyabr ayında ortaya çıxmışdır.[3]
Bir sıra mənbələr Seagheh dronunun silah daşıma qabiliyyətinə şübhə etdiklərini və bu dronun yalnız İSR (kəşfiyyat, nəzarət, hədəf alınma) platforması olduğunu söylədilər.[4][5]
2017-ci ildə 10 ədəd Saegheh dronu istehsal edilmişdi və İran Silahlı Qüvvələri 2025-ci ilə qədər ən azı bu drondan 50 ədəd almağı planlaşdırır.[1]
İlk uçuşunu 2014-cü ilin noyabr həyata keçirmişdir.[6] 2016-cı ilin oktyabr ayından hərbi xidmətə qəbul edilmişdir. Hal-hazırda İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hava Qüvvələri tərəfindən istifadə edilir. 2019-cu ilə olan məlumata görə 50 ədədi istehsal edilmişdir.[7]
Saegheh üçün texniki, ancaq təxminən 6-7 m ətrafında qanad uzunluğunun olduğu güman edilir.
“Saegheh” PUA-ları “Shahed” aviasiya sənayesi şirkəti tərəfindən istehsal olunan və uçan qanad dizayınına malik olan çoxməqsədli pilotsuz uçuş aparatlarıdır. “Saegheh-1” və “Saegheh-2” adlı versiyaları mövcuddur.
Saegheh-1 ilk dəfə 2016-cı ildə İrana məxsus olan bir silah sərgisində təqdim edilmişdir.
İran dövlət xəbərləri, “Saegheh-1” dronunun dörd ədəd “Sadid-1” Tank əleyhinə idarəolunan raket daşıya biləcəyini iddia etmişdir. İran hökuməti PUA-nın uçduğunu nümayiş etdirmədi və ya onun mənzilinin nə qədər olduğunu bildirmədi.[8] Saegheh-1-də aydın hədəfləmə/optik sistem yox idi.[9]
Saegheh dronunun ilk modellərində Simorgh/RQ-170 dronlarındakı frontal hava qəbulu (öndən hava qəbulu) olmamışdır.
“Saegheh-1” ilk dəfə 2016-cı ildə İranda keçirilən silah sərgisində təqdim edilib.
İran tərəfindən ələ keçirilən ABŞ-a məxsus “Lockheed Martin” şirkətinin RQ-170 “Sentinel” pilotsuz uçuş aparatının baza modelinin bazasında istehsal edilib. Lakin ölçülərinə görə “Lockheed Martin” aparatından daha kiçikdir. İlk uçuşunu 2014-cü ilin noyabr həyata keçirən PUA 2016-cı ilin oktyabr ayında silahlanmaya qəbul edilib. Bir sıra mənbələr “Seagheh” dronunun silah daşıma qabiliyyətinə şübhə edərək onun yalnız kəşfiyyat, müşahidə və hədəfi izləmə platforması olduğunu iddia edir.
2017-ci ildə artıq 10 ədəd “Saegheh” istehsal edilmişdi. Onlar İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilir. 2019-cu ilə olan məlumata görə, bu PUA-dan artıq 50 ədəd də istehsal edilib və onlar İran Silahlı Qüvvələri tərəfindən əldə edilib.
“Saegheh” üçün texniki cəhətdən, ancaq təxminən 6-7 m ətrafında qanad uzunluğunun olduğu güman edilir. İran dövlət KİV-ləri “Saegheh-1” dronunun dörd ədəd “Sadid-1” tank əleyhinə idarəolunan raket daşıya biləcəyini iddia edir. İran hökuməti PUA-nın uçuşlarını nümayiş etdirməyib. Onun TTX Taktiki-Texniki Xüsusiyyətləri)-sı tam məlum deyil. “Saegheh-1”də optik elektron sistemlər diqqəti cəlb etmir, onların ön hava qəbulediciləri də olmayıb.[10]
Bu model həm də Shahed 191 olaraq tanınır.[11] Daha sonra nümayiş olunan modellərdə frontal hava qəbulu (öndən hava qəbulu) var. Ehtimal budur ki, yalnız pistonlu mühərrikə sahib olan modellərdə frontal hava qəbuledici yoxdur. PUA, uçuş-enmə zolağında sürətlə hərəkət edən bir vasitəyə (yəqin ki, Toyota hilux yük maşınları) quraşdırılmış xüsusi relslərdən çıxır və geri çəkilə bilən eniş xizəkləri ilə uçuş zolağında bərpa olunur.[12]
Shahed 191 daxilində iki ədəd Sadid-1 raketi daşıyır və geri çəkilə bilən eniş xizəklərinə enir.[12] Shahed 191, 300 km/saat sürətlik kreyser sürətinə, 4,5 saatlıq hava qalma müddətinə, 450 km-lik mənzilə və 50 kq yük götürmək qabiliyyətinə sahibdir.[13] Xidmət tavanı 25.000 futdur.[14]
Fars Xəbər Agentliyi “Saegheh-2” dronunun nin Suriyadakı döyüşlərdə istifadə edildiyini bildirir.[9]
2019-cu ildə keçirilmiş müharibə oyunlarında İran pər ilə təchiz etdiyi Saegheh variantını nümayiş etdirmişdir.[11] Sadid-1 silahlarını gövdə xaricinde daşıyır və sabit eniş xizəklərinin üzərinə enir. Shahed 191 variantındakı kimi havaya qalxır.[11]
Bu model həm də “Shahed 191” olaraq tanınır. Bu modellərdə ön hava qəbuledicisi mövcuddur. PUA uçuş-enmə zolağında sürətlə hərəkət edən bir vasitəyə (yəqin ki, “Toyota Hilux” yük maşınlarına) quraşdırılan xüsusi katapultdan buraxılır, enməsi isə geri çəkilən xizəkləri vasitəsi ilə həyata keçirilir.
“Saegheh-2” daxilində iki ədəd “Sadid-1” raketi daşıyır. PUA 300 km/saat kreyser sürətinə, 4.5 saat havada qalma müddətinə, 450 km-lik uçuş məsafəsinə, 25000 fut uçuş yüksəkliyinə və 50 kq faydalı yük daşımaq qabiliyyətinə malikdir.
“Fars” xəbər agentliyi “Saegheh-2” dronunun Suriyadakı döyüşlərdə istifadə edildiyini bildirir. PUA-ların bir neçəsi İsrail və ABŞ tərəfindən döyüşlərdə məhv edilib, onların tədqiqatını aparan mütəxəssislər İran istehsalı vasitələri yüksək qiymətləndirib. Məsələn, İsrail Hərbi Hava Qüvvələrinin briqada generalı Tomer Bar “Saegheh-2” PUA-sını olduqca inkişaf etmiş və qərb texnologiyasını özündə əks etdirən vasitə kimi təsvir edib.[15]
1 oktyabr 2018-ci il tarixində İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hava Qüvvələri, Suriyanın şərqindəki Albu Kamal bölgəsindəki hədəflərə hücum etmək üçün sözdə Saegheh PUA da daxil olmaqla ballistik raketlər və dronlardan istifadə etdi.[16] İran əvvəlcə Saegheh dronunu gövdəsinin altından asılmış dörd ədəd “Sadid-1” raketi ilə təchiz edilmiş vəziyyətdə göstərsə də, bu hadisənin yayılmış videolarında “Saegheh” dronunun daxilindəki 4 bombadan cəmi bir Sadid-1 bombasını buraxdığı görülmüşdür.[17] Müstəqil analitiklər videoya tənqidi yanaşmışdırlar.[18]
İsrail Silahlı Qüvvələri, 2018-ci ilin fevral ayında baş vermiş olan İsrail-Suriya hadisəsi zamanı bir Saegheh dronunu vurmuşdur. The Times of Israel (İsrail zamanı) xəbər verir ki, dronun dizaynı əsasən ələ keçirilmiş RQ-170 əsasında hazırlanmışdır; İsrail Hərbi Hava Qüvvələrinin Briqada generalı Tomer Bar bildirmişdir ki, dron olduqca inkişaf etmiş və qərb texnologiyasını özündə əks etdirmişdir.[19]