Safine-ye Süleymani (azərbaycanca: Süleymanın gəmisi) — Səfəvi sülaləsindən olan şah I Süleymanın (1666–1694) Siamda yerləşən Ayutiya krallığına göndərdiyi elçiliyin səyahətnaməsi nəzərdə tutulur.[1][2]
Safine-ye Süleymani | |
---|---|
Müəllif | Məhəmməd Rəbi ibn Məhəmməd İbrahim |
Janrlar |
Tarixi Səyahət |
Mövzu | I Süleyman tərəfindən Siama - Ayutiya krallığına göndərilən elçliyin katibinin səyahətnaməsi. |
Orijinalın dili | Farsca |
Ölkə | Səfəvi imperiyası |
Tərcüməçi | Con O' Kane |
Nəşriyyat | Kolumbiya Universiteti Nəşriyyatı |
Nəşr | 1972 |
ISBN | 0-231-03654-X |
Səyahətnamənin mətni elçiliyin katibi Məhəmməd Rəbi ibn Məhəmməd İbrahim tərəfindən qələmə alınmışdır. Səyahətnamədə əks olunanlar Səfəvi imperiyasının bu dövrdə Hind okeanının şərq bölgələrindəki varlığı barədə mükəmməl məlumat verir. Həmçinin səyahətnamədəki məlumatlar əsasında Siamın XVII əsrin sonlarında tarixini öyrənmək üçün də istifadə edilə bilər. Bu səyahətnamə dünyanın bu xüsusi bölgəsi ilə Səfəvi imperiyasının əlaqələrinin tarixindən bəhs edən yeganə qaynaqdır.[3][4]