Safsar[3] (lat. Vormela peregusna) — Dələlər fəsiləsinə aid növ.
Safsar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Safsar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Digər dələkimilərdən əlvan rənglərinə görə fərqlənir. Başın üz hissəsində ağ-qara maskası vardır. Gözlərinin ətrafı boyunca qara, onun üstündə isə geniş ağ zolaq gedir. Qulaqları nisbətən geniş və uzundur, quyruğu tüklüdür. Belinin sarı tonunda dəyirmi qara xallar səpələnmişdir. Ölçüləri xırdadır, uzun bədənə, qısa ayaqlara malikdir.[4]
Cənub-şərqi Avropa, Balkanlar, Kiçik və Ön Asiya, Qafqaz, Orta Asiya, Tyan-Şan. Azərbaycanda arealı dağətəyi və mərkəzi düzənlik əraziləri, Zuvand yaylasını, Şirvan şəhərini və Naxçıvanı əhatə edir.[5]
Yaşayış yerləri arid və semiarid lanşaftları əhatə edir. Yuva qurmur, qum siçanlarının yuvasından istifadə edir. Qidasını əsasən, qum siçanları və digər gəmiricilər təşkil edir. Cütləşməsi yazda baş verir, 3-8 adətən isə 3-4 bala doğur.
2 əsas amil safsarın sayının azalmasına səbəb olur:
İUCN siyahısına salınmışdır. Növün yaşayış yerləri Türyançay, Korçay, İlisu, Şirvan qoruqlarında, Ağgöl, Abşeron Milli Parklarında, Zuvand, Ordubad, Qax, Korçay, Şəmkir yasaqlıqlarında mühafizə olunur. - Mövcud XMOTƏ-lərin mühafizə rejimini, texniki təchizatını və infrastrukturunu gücləndirmək, - Qobustan massivində yeni XMOTƏ yaratmaq, - Növün müasir metodlarla genişmiqyaslı tədqiqatını və monitorinqini aparmaq[6]