Sahib İbrahimli

Axundov Sahib İbrahim oğlu (17 aprel 1952, Gəncə, Azərbaycan) — şair, dramaturq, yazıçı, ədəbiyyatşünas alim, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Sahib İbrahimli
Axundov Sahib İbrahim oğlu
Doğum tarixi (71 yaş)
Doğum yeri Gəncə
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti şair, dramaturq, yazıçı
Əsərlərinin dili azərbaycanca
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2013

Həyatı[redaktə | mənbəni redaktə et]

Sahib Axundov 1952-ci il aprel ayının 17-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1968-ci ildə Gəncə şəhərindəki 1 saylı tam orta məktəbi, 1973-cü ildə isə Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) filologiya fakültəsini bitirmişdir. 1973-cü ilin sentyabr ayından 1974-cü ilin may ayınadık Ucar şəhər 5 saylı səkkizillik məktəbdə müəllim işləmişdir. 1974-cü ilin may ayından 1975-ci ilin iyun ayınadək hərbi xidmətdə olmuşdur. 1975-ci ilin sentyabr ayından 1982-ci ilin iyun ayınadək Ucar şəhər 5 saylı səkkizillik məktəbdə və qiyabi orta məktəbdə müəllim işləmişdir. 1976-cı ildə istehsalatdan ayrılmadan AMEA Nizami adına Ədəbiyyat İnstitutunda aspiranturada təhsil almış və 1983-cü ildə "Qasım bəy Zakirin lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1982-ci ilin iyun ayından 1989-cu ilin may ayınadək AMEA Gəncə Elmi Mərkəzində elmi işçi vəzifəsində işləmişdir.1989-cu ilin may ayından 1995-ci ilin iyun ayınadək Azərbaycan Kənd Təsərrüfatı İnsitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universitetində) mətbuat sahəsində və müəllim işləmişdir. 1995-ci ilin iyun ayında Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsinin sədri seçilmişdir. Hal-hazırda həmin vəzifədə işləyir və bununla paralel pedaqoji fəlaiyyətlə də məşğul olur. Doktorluq dissertasiyasını başa çatdırmışdır. 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 12 kitabı işıq üzü görmüşdür. 5 elmi monoqrafiyanln, 36 səhnə əsərinin, uşaqlar üçün yazılmış 32 poemanın, 2 povestin, çoxlu sayda şeir və hekayələrin müəllifidir. Əsərləri Gəncə, Mingəçevir, Ağdam, Füzuli Dövlət Dram Teatrlarının, Şahbuz Xalq Teatrının, habelə Gəncə Dövlət Kukla Teatrının səhnəsində tamaşaya qoyulmuşdur. Şeirləri Türkiyədə, İranda, Ukraynada və Özbəkistanda dərc olunmuşdur. 2013-cü ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.2015-ci ilin may ayından 2016-cı ilin may ayınadək müddətli Prezident təqaüdçüsü olmuşdur. Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin və Gəncə Şəhər İctimai Nəzarət Şurasının üzvüdür. "Nüfuz" qəzetinin təsisçisi və baş redaktorudur.

Uşaqlar üçün poemalar[redaktə | mənbəni redaktə et]

  • "Əşrəf babanın arzusu" (1988)
  • "Hafizin macərası" (1988)
  • "Balaca qəhrəman" (1988)
  • "Rövşənin nağılı" (1988)
  • "Xalqın xilaskarı" (1988)
  • "Toğrul qayası" (1988)
  • "Durnalar qayıdanda" (1988)
  • "Dadaş və dostları" (1989)
  • "Yaralı bülbül" (1989)
  • "Üfüq və çəpişin nağılı" (1989)
  • "Nərgiz və erməni quldurları" (1993)
  • "Azərin igidliyi" (1993)
  • "Ata, ana və Tural" (1993)
  • "Tülkü və dovşan" (1993)
  • "Qaşqa at və dayça" (1993)
  • "Hədiyyə çələng" (1993)
  • "Üçrəngli bayraq" (1993)
  • "Səlimin arzusu" (Bu poemanın motivləri əsasında Gəncə Dövlət Kukla Teatrında tamaşa hazırlanmışdır, 1993)
  • "Yaşarın qoçaqlığı" (1993)
  • "Qatar Sibirə gedir" (1994)
  • "Daş" (1994)
  • "Kimdir qorxaq" (1994)
  • "Əliş, Vəliş və Gövhər" (1995)
  • "Elman və Bozdarın nağılı" (1996)
  • "Gecikmiş bahar" (1997)
  • "Müzadilin xoruzu" (1998)
  • "Qoçaq Qabil" (1999)
  • "Lovğa tülkü" (2000)
  • "Qaçırılmış köynək" (2001)
  • "Qar adam" (2002)
  • "Sehrli çıraq" (2009)
  • "Dava-dava" oyunu" (2017)

Böyüklər üçün poema[redaktə | mənbəni redaktə et]

  • "Tərlan müəllimə və onuncular" (2011)

Səhnə əsərləri[redaktə | mənbəni redaktə et]

  • "Bir ovuc torpaq" (1989)
  • "Maşın" (Bu əsər 1992-ci ildə Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur, 1990)
  • "İşıqgələn" (1991)
  • "Dartma, yaxam çırıldı" (Bu əsər 1993-cü ildə Gəncə Dövlət Dram Teatrında “Bəylər və xanımlar” adı altında tamaşaya qoyulmuşdur, 1992)
  • "Cinayət cəzasız qalmır" (1993)
  • "Yaponlar gəlir" ( Bu əsər 1994-cü ildə Gəncə Dövlət Dtam Teatrında eyni adda tamaşaya qoyulmuşdur, 1993)
  • "Məktəb əhvalatları" (2009)
  • "Müdir" (2012)
  • "Brilyant üzük" (2012)
  • "Bir çayxanada" (2012)
  • "Xeyrullanın yolu" (2012)
  • "Cənnət və Cəhənnəm" (Bu  əsər müxtəlif illərdə MingəçevirAğdam Dövlət Dram Teatrlarının səhnəsində eyni adda tamaşaya qoyulmuşdur, 2012)
  • "Qara günün pulu" (2012)
  • "Vicdan" (2013)
  • "Ellilər" (2013)
  • "Sadığın toyu" (Bu  əsər müxtəlif illərdə Gəncə, Mingəçevir, AğdamFüzuli Dövlət Dram Teatrlarının, eyni zamanda Naxçıvandakı Şahbuz Xalq Teatrının  səhnəsində eyni adda tamaşaya qoyulmuşdur, 2013)
  • "Nazirin yuxusu" (2013)
  • "Mən şaham" (2013)
  • "Göydən gələn oğlan" (2014)
  • "Daş" (2014)
  • "Mesaj" (2014)
  • "Köhnə qonşular" (2014)
  • "Nyutonun evi" (2014)
  • "Əsrin kəşfi" (2017)
  • "Eh, cavanlıq, cavanlıq" (2017)
  • "Görücü" (2017)
  • "Ərköyün oğlan" (2018)
  • "Oğrular" (2018)
  • "Müdirin papağı" (2018)
  • "Kişilik məktəbi" (2018)
  • "Küçə iti" (2019)
  • "Zəlzələ" (2020)
  • "Tələbə qız" (2020)
  • "Avtobusda evlənmə" (2020)
  • "Qarğa" (2020)
  • "Əziz Şuşa, biz qayıtmışıq" (Bu əsər 2022-ci ildə Ağdam Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur, 2022)

Povestlər[redaktə | mənbəni redaktə et]

  • "100 dollar" (2001-2002)
  • "Məmmədhəsən əminin eşşəyi cəbhəyə gedir" (2010-2011)

Monoqrafiyalar[redaktə | mənbəni redaktə et]

Kitablar[redaktə | mənbəni redaktə et]

  • "Dağların sovqatı" ( şeirlər). "Gənclik" nəşriyyatı, 1979
  • "Külək mənim dostumdur" (şeirlər və poemalar)."Gənclik" nəşriyyatı, 1989
  • "Atam laylay, anam laylay" (şeirlər). "Səda" nəşriyyatı, 1996
  • "Bir də baxıb gördüm şeir yazıram" (şeirlər). "Gəncə" nəşriyyatı, 2001
  • "Şərəfli yol". "Gəncə" nəşriyyatı, 2004
  • "Göydən üç alma düşdü"(şeirlər və poemalar) . "Gəncə" nəşriyyatı, 2009
  • "Qasım bəy Zakir şeirlərinin vəznləri". "Gənclik" nəşriyyatı, 2010
  • "İmzamı dünyaya nahaq gətirdim" (şeirlər və poema). "Təknur" nəşriyyatı, 2011
  • "Cənnət və Cəhənnəm" (səhnə əsərləri). "Təknur" nəşriyyatı, 2014
  • "Qara günün pulu" (səhnə əsərləri, povestlər və hekayələr). "Təknur" nəşriyyatı, 2014
  • "Ədəbi proses: dünən və bu gün" (elmi məqalələr). "Elm və Təhsil" nəşriyyatı, 2016
  • "Turançılıq işığında" (monoqrafiyalar və elmi məqalələr). "Elm və Təhsil" nəşriyyatı, 2020
  • "Gülünclər və gülüşlər" (səhnə əsərləri). "Ecoprint" nəşriyyatı, 2022

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]