Sahib Nurəddin oğlu Ələkbərov (10 yanvar 1952, Samux rayonu) — Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini (2020-ci ildən), 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri.
Sahib Ələkbərov | |
---|---|
Vəzifədədir | |
1 aprel 2020-ci ildən | |
Nazir | Mikayıl Cabbarov |
2 iyul 2010 – 23 oktyabr 2019 | |
Nazir | Fazil Məmmədov Mikayıl Cabbarov |
25 iyun 2009 – 2 iyul 2010 | |
Sədr | Arif Vəliyev |
8 fevral 2005 – 25 iyun 2009 | |
Əvvəlki | Tələt Məcidov |
Sonrakı | Asif Əsgərov |
16 dekabr 1985 – 1991 | |
Əvvəlki | Cahangir Müslümzadə |
Sonrakı | ittifaq ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 yanvar 1952 (72 yaş) |
Doğum yeri | |
Təhsili |
Azərbaycan Neft və Kimya İnstitutu (1972), Moskva İctimai Elmlər Akademiyası (1984) |
Uşağı | Anar Ələkbərov |
Rütbəsi |
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri |
|
|
Təltifləri |
Sahib Nurəddin oğlu Ələkbərov 1952-ci il yanvar ayının 10-da Samux rayonunda anadan olmuşdur.
1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası), 1984-cü ildə isə Moskva İctimai Elmlər Akademiyasını bitirmişdir.
Ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra, 1974-cü ildən Azərbaycan Dəmir yolu Biləcəri qovşağında mühəndis, 1975-ci ildən 1996-cı ilədək komsomol və partiya orqanlarında, 1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləmişdir. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, komissiya sədri olmuşdur.
2005-ci ildən 2009-cu ilədək Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı, 2009-cu ilin iyun ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Vergilər nazirinin müavini təyin edilmişdir.[1]
2020-ci ilin aprelindən isə İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışır.
11 fevral 2020-ci ildə vergi xidməti işçilərinin peşə bayramı günü ilə əlaqədar olaraq 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 10 yanvar 2022-ci ildə isə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.[2]
Ailəlidir, üç övladı var. Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Anar Ələkbərovun atasıdır.