Sahib Əhmədov (şəhid)

Əhmədov Sahib Nəriman oğlu (8 dekabr 1953, Laçın18 avqust 1993, Səfiyan, Laçın rayonu) — Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Sahib Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi 8 dekabr 1953(1953-12-08)
Doğum yeri
Vəfat tarixi 18 avqust 1993(1993-08-18) (39 yaşında)
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Dəfn yeri
  • bilinmir
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu

Həyatı[redaktə | mənbəni redaktə et]

Sahib Əhmədov 8 dekabr 1953-cü ildə Laçın şəhərində anadan olub. 1970-ci ildə Laçın şəhər 1№-li orta məktəbini bitirib. 1972-ci ilin noyabr ayında Sovet Ordusunda xidmətə çağırılmış, 1974-cü ildə hərbi xidmətini başa vurmuşdur. Uzun müddət Laçın Rayon İstehlak Cəmiyyətində işləyib.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəli idi, iki övladi yadigar qalıb.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

1990-ci ildə könüllülərdən ibarət Laçın batalyonuna daxil olub, erməni təcavüzkarlarına qarşı döyüşlərdə iştirak edib.

1992-ci ilin may ayında rayonun işğalından sonra Sahib polis batalyonunun tərkibində Laçın rayonunun cənub-şərq kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

1992-ci ilin noyabrına qədər 811 saylı hərbi hissənin tərkibində taqım komandiri olaraq döyüşmüşdür. O Ermənistanla sərhəddin ən qaynar postlarında, xüsusən 31-ci postda xidmət göstərmişdir. 1992-ci ilin dekabrından isə Laçın rayon polis idarəsinin tərkibində yaradılmış polis batolyonuna yazılaraq Murovdağ istiqamətində döyüşmüşdür. 1993-cü ilin ortalarında Laçın rayonunun cənub-şərq kəndləri Güləbird, Səfiyan və Fərəcan kəndlərini erməni işğalçılarından qorumaq üçün yenidən 811 saylı hərbi hissənin tərkibində vuruşmuşdur.

1993-cu il avqust ayının 18-də rayonun Səfiyan, Fərəcan kəndləri uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Lakin onun cəsədini götürmək mümkün olmamışdır.[1]

Ailəli idi, İlhamə və Azər adlı övladları var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Laçın yurdu" jurnalı, №4(3), 2012, Bakı, "Nurlar", 2011.