Səfiyan — Azərbaycan Respublikasının Laçın rayonu Səfiyan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Səfiyan kəndi Aşağı Fərəcan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Səfiyan kənd Soveti yaradılmışdır.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 9 noyabr Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən azad olunmuşdur.
Səfiyan | |
---|---|
39°31′39″ şm. e. 46°37′54″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Yaşayış məntəqəsi keçən əsrin əvvəllərində Şuşa qəzasına daxil olmuş və Səfyanlı adı ilə qeydə alınmışdır. Səfyan bəzi türk dillərində "çəyirtkə" mənasında işlənir. Tədqiqatçıların bir qismi oykonimi Səfi şəxs adından düzəlmiş səfilər nəslinin adı ilə əlaqələndirir.[2]
Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |