Sahil Məmmədov (şəhid)

Sahil Sabir oğlu Məmmədov (1997, Soğanverdilər, Bərdə rayonu5 oktyabr 2016, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Sahil Məmmədov
Sahil Sabir oğlu Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 1997
Doğum yeri
Vəfat tarixi 5 oktyabr 2016(2016-10-05)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Sahil Məmmədov 1997-ci ildə Bərdə rayonunun Soğanverdilər kəndində anadan olub.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Əsgər Sahil Məmmədov 2016-cı ilin, oktyabrın 5-də axşam saatlarında Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Oktyabrın 7-si isə Sahil Məmmədov doğulduğu Bərdə rayonunun Soğanverdilər kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Məmmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Sahil Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]