Sahilkənarı qüllə

Sahilkənarı qüllə (rus. Башня на Набережной) — Moskva Beynəlxalq Biznes Mərkəzində üç müxtəlif yüksəklikdə bina kompleksi.

Sahilkənarı qüllə
(rus. Башня на Набережной)
Башня на Набережной

55°44′48″ şm. e. 37°32′13″ ş. u.


Yeri Moskva
Tikilmə tarixi 20032004 (qüllə «A»)
20042005 (qüllə «B»)
20052007 (qüllə «C»)
Status tikili
Hündürlüyü
Dam 85 m (qüllə «A»)
127 m (qüllə «B»)
268 m (qüllə «C»)
Texniki göstəriciləri
Mərtəbə sayı 59
Daxili sahəsi 254 000 m²
Lift sayı 45
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kompleksin birinci-17 mərtəbəli qülləsi 2004-cü ilin 11 oktyabrında, ikinci-27 mərtəbəli qülləsi 2005-ci ilin oktyabrında inşa edilmişdir. Ən yüksək üçüncü qülləsi isə 2005-ci ilin yanvar ayında inşasına başlamış və 9 noyabr 2007-ci ildə tamamlanmışdır. 2009-cu ildə Paytaxtlar şəhəri kompleksinin başa çatmasında əvvəl Sahilkənarı qüllə Avropanın ən yüksək binası hesab edilirdi.[1].


Birinci bina 2003-cü ildə memar İnan Vehbi və Osturk Oljay tərəfindən hazırlanan kompleksin A-17 mərtəbəli qüllənin tikintisinə başlanmışdır. Ümumi sahəsi 39,8 min m² olan kompleks 2004-cü ilin 11 oktyabrında istifadəyə verilmişdir. Nəticədə 17 mərtəbəli bina şəhərin ilk ucaldılan binası oldu.

2005-ci ilin oktyabr ayında sahəsi 29,202 m² olan 27 mərtəbəli tikili istifadəyə verilir. Kompleks layihəsinə pul yatıran Enka böyük kreditlərə ehtiyac olmadığından, öz fondlarından gəlirlə tikintini başa vurdu. Ümumi investisiya 200 milyon dollar qiymətində idi.

Qalereya[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Шарль Буде. "Точка зрения: Город в городе". Ведомости. 2008-09-29. 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-22.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]