Saira Bleyr (ing. Saira Blair; d. 11 iyul 1996) — ABŞ siyasətçisi.[1] Qərbi Virciniya ştatının Nümayəndələr Palatasının üzvü.[1]
Saira Bleyr | |
---|---|
ing. Saira Blair | |
Doğum tarixi | |
Doğum yeri | ABŞ |
Vətəndaşlığı | |
Atası | Kreyq Bleyr |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Partiyası | |
sairablair.com |
11 iyul 1996-cı ildə siyasətçi ailəsində anadan olmuşdur.[1] Atası Kreyq Bleyr Qərbi Virciniya ştatının parlamentində senatordur.[1][2]
Saira siyasətlə hələ məktəb illərindən maraqlanmağa başlayıb.[1] Uşaq yaşlarından atasının siyasi kampaniyası ilə maraqlanmış və daha sonra özü də siyasətlə məşğul olmağa başlayanda atasından məsləhətlər almışdır.[1]
Qərbi Virciniya Universitetinin İqtisadiyyat fakültəsində təhsil alır.[1]
2014-cü ildə respublikaçıların namizədi olan Saira Bleyr rəqibi - demokrat namizəd Leyn Diel üzərində qələbə çalaraq, seçicilərin səslərinin 62.69 faizini[3] toplamış və Qərbi Virciniya ştatının Nümayəndələr Palatasına ən gənc üzv seçilmişdir.[1]