Sakso Qrammatik

Sakson Qrammatik və ya Sakso Qrammatik (lat. Saxo Grammaticus; təq. 1150[1][2], Zelandiya[6]1220[3] və ya təq. 1206[4][5]) — Danimarka salnaməçisi, tarixşünası, teoloqu. O, on altı cildlik xronika olan "Danların əməlləri"nin (lat. Gesta Danorum) müəllifidir. Onun motivləri Uilyam Şekspirin "Danimarka şahzadəsi Hamletin faciəvi əhvalatı" faciəsində istifadə edilmişdir.

Sakson Qrammatik
lat. Saxo Grammaticus
Doğum tarixi təq. 1150[1][2]
Doğum yeri
Vəfat tarixi 1220[3] və ya təq. 1206[4][5]
Fəaliyyəti tarixçi, yazıçı
Tanınmış əsəri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sakson Qrammatikin həyatı barədə demək olar ki, heç bir məlumat yoxdur və ona əsərlərindən kənar edilən istinadların hamısının doğruluğu sual altındadır. "Danların əməlləri" əsərində müəllifin atasının və babasının kral Böyük Valdemarın ordusunda xidmət göstərdiyi, eləcə də müəllifin özünün Müzəffər Valdemara xidmət etdiyi yazılmışdır. Saksonun latın üslublu yazıçılıq barədə hərtərəfli məlumatlı olduğuna görə onun Danimarkadan kənarda təhsil aldığı ehtimal olunur.

Başqa bir varianta görə Sakson Qrammatikin XII əsrin ikinci yarısında yaşamış Danimarka dini xadimi yepiskop Absalomun katibi və vəkili idi. "Qrammatik" ləqəbi Saksona salnaməçilikdəki ustalığına görə ilk dəfə XIV əsrdə verilmişdir. Sakson Qrammatikin "Danların əməlləri" əsəri uzun müddət Danimarkada naməlum şəkildə qalmışdır və ilk dəfə 1514-cü ildə Paris şəhərində çapa verilmişdir. Yalnız bundan sonra Saksonun əsəri 1575-ci ildə Anders Sörensen Vedel tərəfindən Danimarka dilinə tərcümə edilmiş və öyrənilməyə başlanmışdır.

  1. 1 2 http://www.theodora.com/encyclopedia/s/saxo_grammaticus.html.
  2. 1 2 JSTOR (ing.). 1995.
  3. 1 2 Deutsche Nationalbibliothek Record #118642251 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. 1 2 Saxo Grammaticus (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 24.
  5. 1 2 Г. Ф. Саксон Грамматик (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1900. Т. XXVIIIа. С. 105.
  6. 1 2 Chronica Jutensis (lat.). 1431.
  • Dosayeva, A.S. Qrammatik. Саксон Грамматик. Деяния данов: В 2 томах. I—XVI книги. Moskva: «SPSL». 2017. 1224. ISBN 978-5-93165-369-3
  • Davidson, Hilda Ellis. Saxo Grammaticus The History of the Danes, Book I—IX. Volume II: Commentary. Kembric: D. S. Brewer. 1980.
  • Dümezil, Corc. From Myth to Fiction: The Saga of Hadingu. Çikaqo: University of Chicago Press. 1973.
  • Fişer, Piter. Saxo Grammaticus The History of the Danes, Book I—IX. Volume I: Text. Kembric: D. S. Brewer.