Danların əməlləri

"Danların əməlləri" (lat. Gesta Danorum), həmçinin "Saksonun Danimarka tarixi" (dan. Saxos Danmarkshistorie) və ya "Saksonun Danimarka salnaməsi" (dan. Saxos Danmarks Krønike) — XII əsr Danimarka tarixşünası Sakson Qrammatikin yazdığı yarı-əfsanəvi salnamə. Əsər Danimarkanın Sorö qəsəbəsindəki bir monastırda yazılmışdır. "Danların əməlləri" Sakson Qrammatikin müəllifi olduğu ən məşhur əsəridir. Salnamə Danimarka tarixinin ən əhəmiyyətli mənbəyi hesab edilir və millətin identikliyinin formalaşmasında böyük rolu olmuşdur. Əsər həmçinin EstoniyaLatviya tarixindən bəhs edən ən qədim sənəddir.[1][2]

"Danların əməlləri"
lat. Gesta Danorum
"Saksonun Danimarka tarixi" (dan. Saxos Danmarkshistorie)
"Saksonun Danimarka salnaməsi" (dan. Saxos Danmarks Krønike)
"Danların əməlləri" (Anj fraqmenti). Birinci səhifənin üzü.
"Danların əməlləri" (Anj fraqmenti). Birinci səhifənin üzü.
Müəllif Sakson Qrammatik
Yazılma tarixi təx. XII əsr
Orijinalın dili Latın dili
Mövzu Danimarka, Skandinaviyadanların ümumi (əfsanəvi və həqiqi) tarixi
Janr Salnamə
Həcmi 16 kitab
Saxlanılan yer Kopenhagen Kral Kitabxanası
Orijinalı Sadəcə fraqmentlər
Elektron versiya

Əsər Danimarka dini xadimi Lund yepiskopu Absalomun sifarişi ilə latın dilində yazılmış on altı kitabdan ibarətdir. "Danların əməlləri" əfsanəvi Kral Danın həyatından başlayaraq 1185-ci ilə qədər Danimarka tarixini, bir qədər də Skandinaviya tarixini təsvir edir. Salnamənin barəsində məlumat verdiyi son mövzu danların indiki Almaniyanın şimalında, Şlezviq-Holşteyn vilayətində yaşayan slavyan xalqı olan vendləri məğlub etməsidir. Əlavə olaraq, salnamə Avropanın orta əsr tarixi barədə skandinav perspektivdən məlumat verir. Əsərin əsas məqsədi mənəvi cəhətdən konstruktiv olmaq və Danimarkanın tarixini şərəfləndirməkdir. Salnamənin ədəbi əhəmiyyəti tarixi əhəmiyyətindən daha yüksəkdir.

Lund yepiskopu Absalonun sifarişi ilə latın dilində yazılan əsər 16 kitabdan ibarətdir. Salnamə əfsanəvi Kral Dandan VI Knuda qədər Danimarka krallarından bəhs edir və 1185-ci ildə vendlərin məğlub olması ilə sona çatır. Əsər zəngin və mürəkkəb bir dildə, əsasən nəsrlə yazılmışdır, ancaq şeriyyət elementlərinə də malikdir.

"Saksonun Danimarka tarixi" əsəri tarixi doğruluğu sual altında olan mənbələrdən ibarətdir. O, islandiyalıların şifahi əhvalatlarına qulaq asmış, qədim əsərlərdən, daşlar üzərində yazılmış mətnlərdən və yepiskop Absalonun dediklərini qeyd etmişdir. Saksonun salnaməsi tamamilə tarixi bir əsər deyildi və daha çox “Saksonun öz ağlı və vaxtının bir məhsulu” idi.[3] O, Danimarkanın qədimi dövrü barədə tarixi və mifik məlumatları bir araya yığmış, onları danların keçmişi haqda öz düşüncələri ilə yenidən işləmişdir.[4]

Bu on altı kitab iki hissəyə bölünür. İlk doqquz kitab əfsanələr haqdadır və altmışdan çox əfsanədən bəhs edir. Saksonun "Skyöldunqa saqası""Anqlosakson xronikası" əsərlərinin latın dilindəki variantlarını oxumuş olması ehtimal olunur. Səkkizinci kitabın sonunda Saksonun Bremenli Adam, "Roskille xronikası"Sven Aqqesenin "Danimarka tarixi" əsəri kimi mənbələrdən istifadə etməsi ehtimal olunur. Doqquzuncu kitab Qoca Qorm ilə bitir və beləliklə ilk gerçək Danimarka kralı barədə olan sənədi təmsil etmiş olur. Onuncu, on birinci, on ikinci və on üçüncü kitablar Mavidiş Harolddan və XII əsrin ortalarına qədər baş vermiş hadisələrdən bəhs edir. Miqyas baxımdan uzun olan on dördüncü kitab və bir qədər qısa olan on beşinci kitab Danimarkada vətəndaş müharibəsiBöyük Valdemarın hakimiyyətindən bəhs edir.

İlk dörd kitab danların təməlindən və Kral Dandan, eləcə də Danimarkanın İsa Məsihdən əvvəlki dövrdəki tarixindən bəhs edir. Çağdaş mənbələr Danimarkanın birinci kralının Saksonun dediyinin əksinə, Skyöldün olduğunu iddia edirlər.[5] Növbəti dörd kitab Danimarkanın İsa Məsihdən sonrakı dövrdəki tarixindən bəhs edir. Doqquzuncu, onuncu, on birinci və on ikinci kitablar xristianlaşmış Danimarkadan, on üçüncü, on dördüncü, on beşinci və on altıncı kitablar isə Danimarkanın Saksonun həyatı dövründəki tarixindən bəhs edir.[6] Tarixçilər Qrammatikin əsərin Müqəddəs KnudBöyük Valdemarın hakimiyyətindən bəhs edən ikinci hissəsi – son səkkiz kitabın yepiskop Absalonun dediklərinə əsaslandığına inanırlar. Yepiskop Absalon 1202-ci ildə, əsər hələ də natamam ikən vəfat etmişdir.[5]

İlk dörd kitab İslandiya tarixçisi Snorri Sturlusonun ədəbi üslubuna oxşar bir şəkildə yazılmışdır. Onların ikisi də divlər və Skandinaviya tanrıları kimi mifik elementlərə toxunurlar.[7] Sakson Qrammatik Skandinaviya mədəniyyətini və populyar inancları vurğulayır. O, ritorik şəkildə Danimarkada çox tapılan dolmenləri kimlərin tikə biləcəyini soruşur, çünki Danimarka şifahi xalq ədıbiyyatında onların daşlaşmış döyüşçülər olduğu deyilir.[8] Saksonun verdiyi məlumata görə Danimarkanın birinci kralı – Kral Danın Anqul[a] adlı bir qardaşı var idi.[9] O, qədim Skandinaviya tanrıları ilə görüşmüş Danimarka qəhrəmanları haqqında da məlumat verir. Saksonun barələrində yazdığı tanrıların hamısı xoşniyyətli olaraq təsvir edilməmişdilər. Onlar bəzən riyakar kimi təsvir edilmişdilər. Məsəlüçün, əfsanəvi Danimarka kralı Harald Döyüşdişin əhvalatında Döyüşdiş Odinin dəstəyi ilə vuruşur, ancaq Odin ona xəyanət edir və onu Valhallaya aparır.[10]

Sakson Qramatik "Danların əməlləri" əsərinin müqəddiməsində yazır:

" Digər bütün millətlər xalqlarının əcdadlarının məşhurluğu qavramaq üçün nəzərdə tutulmuş titullarının yenidən öyrənilməsindən şöhrət və fərrəh hissi duyur. Danimarkalı Absalon – bizim ölkəmizin baş kahini böyük bir adam idi. Onun izahetmə xidməti ən böyük yanğında arzu ilə alovlandı, çünki onun şöhrəti bir türbədən yalanlarla gəlirdi. O, əziyyət çəkmədi ...[5][b] "

Yepiskop Absalon Danimarka tarixinin hansısa bir sənədə qeyd edilməmisini artıq qəbul edə bilmirdi. Buna görə də o, bu vəzifəni öz katibi olan Sakson Qrammatikə – “onun ən nalayiq xidmətçisi”nə həvalə edir. Digər millətlərlə müqayisədə, ədəbi abidəyə malik olmayan Danimarka şirkətləri kasıb hesab edilirdi.[5]

Kilsənin "Danların əməlləri" kimi bir əsəri maliyyələşdirməsinin əsas səbəbi Danimarkanın, xüsusən də Danimarka kilsəsinin müstəqilliyini vurğulamaq idi. Danimarkada vətəndaş müharibəsinin vəziyyətlərinə sərt və aydın reaksiyalar var idi. Müqəddəs Roma imperatoru bir-birləriylə vuruşan tərəflərin birini dəstəkləyirdi. Bu isə Danimarkanın iki, 1157-ci ildə isə üç hissəyə bölünməsinə gətirib çıxarmışdır.

Vətəndaş müharibəsi zamanı Danimarka kilsəsi Roma papasının əleyhinə olan Müqəddəs Roma imperatorunun nəzarəti altında idi. Əsər Lund yepiskopu Absalon yerinə, Hamburq yepiskopunun maraqlarını dəstəkləyən Bremenli Adama qarşı bir əks-cavab idi. Buna baxmayaraq, Bremenli Adam yazdıqlarında danimarkalıların lehinə idi və onun ömrünün son dövrlərində Hamburq yepiskopu olan Adalbertə qarşı sərt məzəmmət ifadə edirdi. Mədəni baxımdan salnamə bütpərəstlikdən xristianlığa geç keçmələrinə baxmayaraq, danların qədim mədəniyyətə və Qərbi Avropa Roma-Katolik mədəni sferasında mühüm bir yerə sahib olduqlarını sübut edən önəmli bir sənəd idi.[11]

Əsərin pedaqoji və elmi məqsədi də var – keçmişin idealları ilə indinin zərifliyinin müqayisəsi. Sakson döyüşlərin əbədi ruha yox, ancaq fani bir bədənə zərər verə biləcəyini deyir.[12]

Sakson Qrammatik. Norveç rəssamı Luis Mu tərəfindən təsvir edilmişdir. təx. XIX əsrin axırları və ya XX əsrin əvvəlləri.

"Danların əməlləri" salnaməsinin bəzi xüsusiyyətləri Şekspirin Uilyam Şekspirin "Danimarka şahzadəsi Hamletin faciəvi əhvalatı" faciəsinin əsasını təşkil edir. Ehtimal olunur ki, Şekspir bu əsərdəki Danimarka şahzadəsi "Amlet"in (lat. Amletus, dan. Amleth/Amled) əhvalatını özü oxumayıb[13] və sadəcə şifahi variantına qulaq asıb.[14] Şekspir Hamlet adını Amletin anaqramması olaraq istifadə edib. Saksonun üçüncü və dördüncü kitablarda təsvir etdiyi versiyası Şekspirin faciəsinə çox bənzəyir. Saksonun versiyasında Danimarka kralı Rorik iki qardaşa – Orvendil və Fengiyə Yutlandiyanın hakimiyyəti verir. Çox keçmədən Orvendil Kral Rorikin qızı Gerut ilə evlənir.[c] Amlet onların birinci və tək övladı olur. Fengi qardaşının evlənməsinə çox qəzəblənir və Yutlandiyanın yeganə hakimi olmaq istəyir. Buna görə də o, Orvendili qətlə yetirir. Fengi Gerutla evlənir və özünü Yutlandiyanın yeganə hakimi elan edir. Amlet atasının intiqamını almaq və Yutlandiyanın yeni kralı olmaq üçün əmisinə sui-qəsd planlayır. Sakson bu əhvalatı 1216-cı ildə yazıb-qurtarır.[15] Bu dövrdə yeni Lund yepiskopu Anders Sunesen idi. Sakson əhvalatın müqəddiməsində yepiskopların hər ikisinə, eləcə də hakimiyyətdə olan Müzəffər Valdemara öz minnətdarlığını bildirmişdir.[16]

Əsərin ən köhnə hissəsin tarixi dəyəri Saksonun yazdığı hekayələrin hansı mənbələrə əsaslanması ilə bağlıdır. O, tarixi insanları bu mənbələrdən bir-birinə bənzər hala gətirir, baxmayaraq ki, yadaşıqları dövrlər arasındakı fərqlər bir-birlərinə aid bir şey ola biləcəyini istisna edir. Ehtimal olunur ki, Sakson ən qədim dövrlərdən Danimarka tarixinin izahlı təsvirinin təqdim edilməsinin vacib olduğuna inanırdı. Buradakı ən aydın nümunə, Danimarkanın xilaskarı Tiranın[d] atasının Ağılsız Etelred[e] olaraq verilməsidir, ancaq tarixçilərə məlumdur ki, Hatelrad Tiranın nəvəsi, hətta nəticəsi yaşında idi. Sakson Uesseks kralı I Etelredi düşünməmişdisə, bu adın ortaya çıxmasının səbəbi Saksonun Harald Klaka məktub göndərmiş Hattelradı qəsdən səhv bir şəkildə təqdim etməsi ola bilər. Şübhəsiz ki, Saksonun ədəbi təqdimatındakı Frode Fredegodun[f] Roma imperatoru Qay Yuli Sezar Oktavian Avqusta əsaslanıb. Onların ikisi də sülh şəraiti yaradan cahanşümul hakimdirlər və Məsihin davamçıları hesab edilirlər. Frode Fredegodun krallığı Oktavian Avqustun krallığı ilə paralellik daşıyır. Fredegod ilk öncə Baltik dənizinin sahillərində, daha sonra Şimal dənizinin sahillərində hökmranlıq sürmü, Avqust isə Aralıq dənizinin sahillərində hökmranlıq sürmüşdür.[5]

Sakson Qrammatikin əsərləri ilə İslandiyaNorveç mənbələri, eləcə də Danimarka tarixşünası Sven Aqqesenin verdiyi məlumatlar arasında böyük fərqlər var. Fərqliliklərə adətən Saksonun nəzmi və onun şəxsi fikirləri səbəb olur.[17] Nümunə olaraq, Qrammatikin Tiranın əhvalatını təqdim etmək tərzi Sven Aqqeseninkindən daha təəccübləndiricidir. Qrammtik bu dəyişikliklər və nəzminə görə tez-tez tənqid olunur.[18]

"Danların əməlləri" orta əsrlərdə latın dilində danışa bilən yeganə sosial təbəqə olan elita üçün nəzərdə tutulmuşdur. Baxmayaraq ki, salnamə bu qədər məhdudi bir auditoriyaya sahibdir, əsər növbəti illərdə çox məşhurlaşmışdır. Digər tərəfdən, əsər Danimarka tarixi ədəbiyytı üçün önəmli bir mənbəyə çevrilmişdir. Əsər 1514-cü ildə yenidən aşkarlanmışdır və 1575-ci ildə Danimarka dilinə tərcümə edilmişdir.[11] Daha sonra əsər Nikolay Frederik Severin Qrundtviq tərəfindən tərcümə edilmişdir. Bir sıra Danimarka şairləri salnamədəki mif və əfsanələrdən ilhamlanaraq şeirlər yazmışdılar. Danimarka tarixçilərinin yalnız kiçik bir hissəsi daha çox Saksonun salnaməsi ilə tanınan Anql Uffa, Hrolf KrakiRaqnar Lodbrok kimi əfsanəvi krallara etina eləmir.

Mənbə və ilham

[redaktə | mənbəni redaktə et]

Əsər latın dilində, elmi və mürəkkəb şəkildə yazılmışdır. Sakson Qrammatik salnamənin latın dilinin romalılar tərəfindən Oktavian Avqustun dövründə, təqribən 0-cı illərdə istifadə edilən klassik latın forması ilə yazmışdır. Latın dilinin bu forması orta əsrlərdə istifadə edilən formasından çox fərqlənirdi.[11]

Sakson Qrammatik yazılış üslubunun ilham mənbəyi olaraq Kvint Kurtsi, Ovid, Valeri Maksim, Yunian Yustin, Vergili, HoratsiMartsian Kapella kimi latındilli yazıçılardan istifadə etmişdir. Sakson orta əsr tarixçiləri olan "Anql xalqının kilsə tarixi" əsərinin müəllifi Möhtərəm Beda, Pavel Diakon, Solsberili İohann, norman salnaməçisi və "Normandiya tarixi" əsərinin müəllifi Sen-Kantenli Dudodan da ilham almışdır. Buna baxmayaraq, onun müəllifi olduğu "Danların əməlləri" əsərinin yazılış üslubu daha çox Monmuntlu Qalfridin müəllifi olduğu "Britaniya krallarının tarixi" əsərinin yazılış üslubuna bənzəyir.

Sakson Qrammatikin hansı mənvələrdən istifadə etməyi sual altındadır. Tarixi mənbələrdə Qərbi Roma imperiyasının tarixinin xülasəsinin bir nüsxəsi Sakson tərəfindən kafedraldan götürülmüş, lakin bir müddət sonra Sorö monastrına geri qaytarıldığı verilib.

"Danların əməlləri" əsərində heç bir formada hətta hadisələr üçün belə müəyyən bir tarix verilmədiyindən əsər xronik hesab edilmir. Salnamənin birinci hissəsi həm fərdlərin yaşadığı tarixləri, həm də ki, hadisələrin baş verdiyi tarixləri təyin etməkdə problemlər yaradır. Dəqiq şəkildə verilən yeganə tarix beşinci kitabda İsa Məsihin anadan olmasıdır. Bu konteksdə İsa Məsihin doğulduğu dövrdə kral Frode Fredeqod sülh içində yaşayırdı.[5] Əsərin yeganə müəyyən tarixi ilk doqquz kitabdakı şəxslərin yaşadığı tarixləri və hadisələrin baş verdiyi tarixləri müəyyənləşdirməkdə kömək edir. Saksonun haqqında məlumat verdiyi nəsillər sayıldıqda, əsərdəki ilk hadisənin təxminən e.ə. 600-cü ildə baş verdiyi aşkarlanır.

"Danların əməlləri" əsəri yazıldığı ilk dövrlər və kitabların yazıldığı ardıcıllıq tarixi interpretasiyalardan ibarətdir. Tarixşünaslar adətən əsərin 1208-ci ildən əvvəl yazılıb-qurtarmadığı faktını ortaya atırlar. On altıncı və sonuncu kitabda haqqında məlumat verilən son hadisə kral VI Knudun qraf I Boquslavın (1130–1187) hakimiyyəti dövründə Pomeraniyadakı vendləri məğlub etməsidir. Buna baxmayaraq, əsərin yepiskop Anders Sunesenə həsr olunan müqəddiməsində danların 1208-ci ildə Elba çayının şimalındakı əraziləri fəth etməsi barədə məlumat verilir.

Əsərdəki bütün mətnin demək olar ki, dörddə birini saxlayan on dördüncü kitabında verilən son məlumat Absalomun 1178-ci ildə yepiskop təyin edilməsidir. Bu böyük kitab və Absalomun bu kitabda kral Böyük Valdemardan daha çox yer tutması onun yazılan ilk kitab olması və kolleksiyadan ayrı, müstəqil şəkildə yazılması ehtimalını daha da inandırıcı edir. Sakson daha sonralarda on beşinci və on dördüncü kitabları yazaraq ilkin əsərin həcmini artırmaq istəmişdir. O, bu kitablarda kral Böyük Valdemarın hakimiyyətinin son illərindən və VI Knudun hakimiyyətinin ilk ilindən bəhs edir.

Ehtimal olunur ki, Sakson daha sonra on birinci, on ikinci və on üçüncü kitabları yazmışdır. Sven Aqqesenin təqribən 1186-cı ildə yazdığı "Danimarka krallarının qısa tarixi" əsərində Saksonun Kral və onun oğulları, yəni on birinci, on ikinci və on üçüncü kitablarda haqqında yazılan Sven II Estridsen barədə əsər yazmaq qərarına gəldiyini yazır. Sakson daha sonra ik on kitabı yazmışdır.

Orijinal salnamənin dörd fraqmenti – Anj fraqmenti,[19] Lassen fraqmenti,[20] Kall-Rasmussen fraqmenti[20]Plezner fraqmentindən[20] başqa bütün hissələri qeyb olub. Anj fraqmenti geridə qalan fraqmentlər arasındakı ən böyüyüdür və Saksonun öz dəstxəti ilə yazıldığı sübut edilən yeganə fraqmentdir. O birisi fraqmentlərin hamısı təxminən 1275-ci ildə köçürülüb. Bütün fraqmentlər Kopenhagen Kral Kitabxanasında saxlanılır.

Salnamənin Kristiyen Pedersen buraxılışının üzlüyü. Paris şəhəri, 1514-cü il.

Buna baxmayaraq, salnamənin tam versiyası hələ də qorunub-saxlanılır. Paris şəhərində işləmiş Danimarka tərcüməçisi Kristiyen Pedersen 1510–1512-ci illərdə Danimarkanı səyahət edərək Saksonun əsərinin mövcud nüsxələrini axtarmışdır.[21][22]

O dövrdə Saksonun əsərləri barədə olan məlumatlar təqribən 1342-ci ildə yazılmış "Yutlandiya xronikası" əsərindəki "Saksonun icmalı" adlı bir icmaldan gəlmişdir. "Danların əməlləri" (lat. Gesta Danorum) adı da bu icmaldan tapılmışdır. Saksonun əsərə verdiyi ad naməlumdur.[23]

Kristiyen Pedersen nəhayət əsərin bir nüxəsini Lund yepiskopu Birger Gunnersenin arxivindən tapmışdır ki, yepiskop əsəri məmnuniyyətlə Pedersenə borca vermişdir. O, salnaməni Coss Badinin köməyi ilə çap etdirmişdir. 15 mart 1512-ci ildə Paris şəhərində "Danların kralları və qəhrəmanlarının tarixi" (lat. Danorum Regum heroumque Historiae) adı altında nəşr edilən bu nüsxə Saksonun əsərinin ilk nəşr edilmiş və ən köhnə buraxılışı idi.[24]

Buraxılışın üzlüyündə yazılır (abreviaturalar açılıb):

" Danların krallarının və qəhrəmanlarının tarixi. Təqribən yüz il əvvəl zelandiyalıRoskille kilsəsinin prorektoru Sakson Qrammatik tərəfindən zərifcəsinə yazılıb və indi ilk dəfə olaraq illüstrasiya olunmuş və yığılmış vəziyyətdə, düzgün şəkildə nəşr edilib.[g] "

Saksonun ləqəbi olan Qrammatik (lat. Grammaticus – dilşünas, xəttat, yazıçı) adı bu buraxılışdan gəlmişdir. Yepiskop Birger Gunnersenin nüsxəsi qeyb olmuşdur və Pedersenin nəşr edilmiş nüsxəsi salnamə üçün əsas mənbə hesab edilir.

Salnamə 1575-ci ildə Anders Sörensen Vedel, 1818-ci ildə Nikolay Frederik Severin Qrundtviq, 2000-ci ildə Piter Ziberq tərəfindən Danimarka dilinə tərcümə edilib yenidən nəşr edilmişdir. Əlavə olaraq, salnamə alman, fransız, ispan, italyanyapon dillərinə tərcümə edilmişdir.

  1. Bizim eradan əvvəl indiki Almaniyada yaşamış anqllarla səhv salmayın.
  2. Orijinal mətn:
    " Cum ceterae nationes rerum suarum titulis gloriari voluptatemque ex majorum recordatione percipere soleant, Danorum maximus pontifex Absalon patriam nostram, cuius illustrandae maxima semper cupiditate flagrabat, eo claritatis et monumenti genere fraudari non passus ... "
  3. "Hamlet" faciəsində Gertrud (ing. Gertrude).
  4. Bəzi mənbələrdə Torvi.
  5. Başqa bir yazılışı – Ağılsız Hattelrad.
  6. Bu, Danimarkanın bir sıra əfsanəvi kralının da adıdır.
  7. Orijinal mətn:
    " Danorum Regum heroumque Historiae stilo eleganti a Saxone Grammatico natione Zialandico necnon Roskildensis ecclesiae praeposito, abhinc supra trecentos annos conscriptae et nunc primum literaria serie illustratae tersissimeque impressae. "
  1. "«Crusaders on the Baltic Shore – The Livonian & Estonian Crusades (c. 1198 – 1290)»". The Postgrad Chronicles. 3 avqust 2017. 13 sentyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 yanvar 2019.
  2. Muçeniyeks, Andre. Saxo Grammaticus: Hierocratical Conceptions and Danish Hegemony in the Thirteenth Century (xii). SD LLC. 2017. 2021-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-25.
  3. Friis-Yensen, 2006. səh. 198
  4. Uesterqaard, 1952. səh. 168
  5. 1 2 3 4 5 6 Mortensen, Lar Boj. «Saxo Grammaticus' View of the Origin of the Danes and his Historiographical Models» (PDF) (55). Cahiers De L'institut Du Moyen-age Grec Et Latin. 1987. səh. 169–183. 2022-01-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-01-25.
  6. Kristiyansen, 1981. səh. 383
  7. Dümezil, 1973. səh. 78–79
  8. Uarrinq, Ellen. «Tilsyn med fredede fortidsminder» (PDF). Odense Bys Museer. 2020-09-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-01-25.
  9. Cons, 1968. səh. 44
  10. Cons, 1968. səh. 53
  11. 1 2 3 Andersen, Kasper Holdqaard. «Saxo Grammaticus og Gesta Danorum». Danmarkshistorien.dk. 2011. 2022-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-26.
  12. Brand, Tröls. Danernes Sagnhistorie. Saxos sagn i sagaernes kronologi (PDF). Kopenhagen: Gedevasens Forlag. 2004. 77, 86, 103, 113, 122, 133. 2017-09-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-01-26. ISBN 87-990289-0-5
  13. Myur, 1984. səh. 370
  14. Skovmand, Maykl. «Verdens bedst kendte dansker – Hamlet er så levende som aldrig før» // Århus Stiftstidende. 1992.
  15. Deyvidson, 1980. səh. 12
  16. Fişer, 1979. səh. 1
  17. Muçeniyeks, 2017. səh. 175
  18. Soyer, 1982. səh. 14–16
  19. "Digital faksimile af NKS 869 g 4° på Det Kongelige Bibliotek". kb.dk. Kopenhagen Kral Kitabxanası. 13 sentyabr 2017 tarixində arxivləşdirilib.
  20. 1 2 3 "Digital faksimile af NKS 570 2° på Det Kongelige Bibliotek". kb.dk. Kopenhagen Kral Kitabxanası. 13 sentyabr 2017 tarixində arxivləşdirilib.
  21. Hvidt, Aqnete Holm. «Christiern Pedersen - den første Saxoudgiver....». Kristeligt Dagblad. 2001. 2021-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-02.
  22. Yensen, Yanus Möller. «Denmark and the Crusades, 1400-1650». BRILL. 2007. səh. 213. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-02.
  23. Knudsen, Anders Liqaard. Arxivlənmiş surət. Universitetet i Bergen. 2019-03-25 tarixində «Compendium Saxonis & Chronica Jutensis» orijinalından (#bad_url) arxivləşdirilib. İstifadə tarixi: 2019-02-02.
  24. Friis-Yensen, Karsten. Saxo Grammaticus: A Medieval Author Between Norse and Latin Culture. Museum Tusculanum Press. 1981. səh. 11. 2021-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-02.
  • Kristiyansen, Eeik. The English Historical Review. 1981. səh. 382–385.
  • Dümezil, Corc. From Myth to Fiction: The Saga of Hadingus. Çikaqo: University of Chicago Press. 1973.
  • Cons, Qvin. A History of the Vikings. London: Oxford University Press. 1968.
  • Deyvidson, Hilda Ellis. Introduction to Saxo Grammaticus The History of the Danes, Book I-IX. Volume II: Commentary. Kembric: D. S. Brewer. 1980.
  • Fişer, Piter. The History of the Danes, Book I-IX. Volume I: Text. Kembric: D. S. Brewer. 1979.
  • Fişer, Piter. The History of the Danes, Book I-IX. Volume II: Commentary. Kembric: D. S. Brewer. 1980.
  • Friis-Yensen, Karsten. «In the Presence of the Dead. Saint Canute the Duke in Saxo Grammaticus's Gesta Danorum» // The Making of Christian Myths in the Periphery of Latin Christendom (c. 1000-1300). Kopenhagen: Museum Tusculanum Press. 2006. səh. 195–216.
  • Myur, Kennet. «Review work: Saxo Grammaticus and the Life of Hamlet: A Translation, History and Commentary. By William F. Hansen» // Shakespeare Quarterly (35 (3)). Hösten. 1984. səh. 370–372.
  • Muçeniyeks, Andre. Saxo Grammaticus: Hierocratical Conceptions and Danish Hegemony in the Thirteenth Century. Bredford: ARC Humanities Press. 2017.
  • Soyer, F.H. Kings and Vikings: Scandinavia and Europe AD 700-1100. Nyu-York: Methuen & Co. 1982.
  • Strencrap, Hell. Saxo Hans værk – Hans verden. Høst & Søn forlag. 2004. ISBN 87-14-29949-6
  • Uesterqaard, Ualdemar. «Danish History and Danish Historians» // The Journal of Modern History (24 (2)). 1952. səh. 167–180.

Buraxılışlar

[redaktə | mənbəni redaktə et]

Danca buraxılışlar

[redaktə | mənbəni redaktə et]

Latınca buraxılışlar

[redaktə | mənbəni redaktə et]

İngiliscə buraxılışlar

[redaktə | mənbəni redaktə et]
  • Elton, Oliver. The First Nine Books of the Danish History of Saxo Grammaticus. 1894-cü il.
  • Fişer, Piter. Saxo Grammaticus: The History of the Danes. 1979–1980-ci illər.
  • Kristiyansen, Erik. Saxo Grammaticus: Danorum regum heroumque historia, books X-XVI. 1980–1981-ci illər.
  • F. Hansen, Uilyam. Saxo Grammaticus and the life of Hamlet. 1983-cü il.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]