Salam İsmayılov

Salam Xeyrulla oğlu İsmayıl — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015).

Salam İsmayıl
Salam Xeyrulla oğlu İsmayılov
Digər adı Salamula İsmayılov
Doğum tarixi (73 yaş)
Doğum yeri Gəncə, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2015 "Qızıl Dərviş" mükafatı

Salam İsmayıl 23 aprel 1951-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitunun aktyorluq fakültəsini bitirmişdir. 1974–1976-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında rejissor köməkçisi vəzifəsində işləmiş, 1977-ci ildən Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərir. Kino sahəsində bir neçə irili və xırdalı rollarda çəkilmişdir.

Teatr xadimlər ittifaqının üzvü, ""Qızıl Dərviş" mükafatı" mükafatı laureatıdır. 30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1]

  1. Solğun çiçəklər (C. Cabbarlı) — Bəhram,
  2. Aydın (C. Cabbarlı) — Novruz bəy
  3. Oqtay Eloğlu (C. Cabbarlı) — Mazadaranski
  4. Maral (H. Cavid) — Cəmil
  5. Atabəylər (N. Həsənzadə) — Abubəkir
  6. Sənsiz (S. Qurbanov) — Tərlan
  1. Bizim küçənin oğlanları (film, 1973)
  2. Qocalar, qocalar... (film, 1982)
  3. Yük (film, 1995)
  4. Bir anın həqiqəti (film, 2003)
  5. Koroğlu (film, 2003)
  6. Acılar bitməz (film, 2009) (tammetrajlı bədii film) — rol: Qəzənfər
  7. Cavad xan (film, 2009)
  8. Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: bağban Kərim Həsənov
  9. Çölçü (film, 2012)
  10. Tək olanda qorxma... (teleserial, 2013)
  11. Qırmızı bağ (film, 2016)
  12. Yuxu kimi (teleserial, 2019)
  1. President. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 30 dekabr 2015. 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-30.