Salavat Yulayev heykəli (Ufa)

Salavat Yulayev heykəliBaşqırdıstanın milli qəhrəmanı Salavat Yulayevin şərəfində Ufa şəhərində qoyulmuş abidə. Heykəl sovet heykəltaraşı Soslanbek Tavasiyev tərəfindən hazırlanmışdır.

Salavat Yulayev heykəli
başq. Салауат Юлаев һәйкәле
Xəritə
Ölkə Başqırdıstan
Yerləşir Ufa
Heykəltaraş Soslanbek Tavasiyev
Memar İsmayıl Qaynutdinov
Tikilib 1967
Hündürlüyü 9,8 m, postamenti ilə birlikdə — 14 m
Material Çuqun, qranit
54°43′07″ şm. e. 55°55′34″ ş. u.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şimali Osetiya və Başqırdıstanın milli heykəltaraşı və rəssamı Soslanbek Tavaşiyev tərəfindən hazırlanan abidə, 17 noyabr 1967-ci ildə Ufa şəhərində, Ağidel çayının hündür bir sahilində qoyulmuşdur.

Salavat Yulayev abidəsi Ufanın vizit kartına çevrilmişdir. Abidə hətta Başqırdıstan gerbində də əks olunmuşdur[1].

Abidənin unikallığı ondadır ki, 40 ton ağırlığa sahib olmasına baxmayaraq cəmi üç təmas nöqtəsi üzərində yerləşir. Abidənin hündürlüyü 9,8 metrdir. Postamentlə birlikdə hündürlük 14 metrdir. Heykəlin təbii ölçüsündə gipsdən hazırlanan abidə modeli 1963-cü ildə tamamlanır. Abidə Moskvadakı mütəxəssislər tərəfindən müzakirə edilmiş və SSRİ Mədəniyyət Nazirliyinin idarə heyəti tərəfindən rəsmən qəbul edilmişdir. Bundan sonra Tavasiyev onu Ufaya gətirmiş və Başqırdıstan Opera və Balet Teatrının önünə yerləşdirilmişdir.

Ufalıların iradları əsasında abidəyə müəyyən dəyişikliklər edilmişdir.

Heykəl Leninqradın "Monumentskulptura" zavodunda bir ay yarım müddətdə hazırlanır.

Salavat Yulayev heykəlinə görə 1970-ci ildə Soslanbek Tavasiyevə SSRİ dövlət mükafatı verilir.

Abidə Salavat Yulaevin atı ilə birlikdə bir heykəldir. Salavat sağ əlində bir qamçı, sol əli ilə isə atın yəhərini tutur. Abidə bürünclə üzlənmiş çuqundan hazırlanmışdır. Postament dəmir-beton konstruksiyasından ibarətdir və mərmər plitələrlə üzlənmişdir.

  • Ufa şəhərində yeni evlənənlər üçün ənənə var — onlar Salavat Yulayev heykəli önünə gül qoyurlar.
  • Abidə turistləri özünə cəlb edir. Heykəlin yerləşdiyi uçurumdan Ağidel çayına və ətraf ərazilərə gözəl mənzərə açılır.
  • Abidə Başqırdıstanın yeddi möcüzəsi siyahısına daxil edilmişdir.
  • Gipsdən hazırlanan abidə modeli uzun müddət Moskva vilayətinin Serqievo-Posadski rayonunun Axtirka kəndində tərk edilmiş kilsədə yerləşirdi. Heykəltəraş Soslanbek Tavasiyev abidəni burada hazırlamışdı. 1970-ci illərdə bura ekskursiyalar təşkil edildi. 1990-cı illərdə isə kilsə bərpa edilmişdir.
  • Юрий ЕРГИН — Летящий над Агиделью. Памятник Салавату Юлаеву в Уфе (1941—1967) // Ватандаш. № 6. — С. 171—206.