Salda gölü (türk. Salda Gölü) ― Türkiyənin Burdur ili Yeşilova ilçəsində, ilçə mərkəzindən 4 km məsafədə, meşəli təpələr, qayalı ərazi və kiçik allüvial düzənliklərlə əhatə olunan bir az duzlu karst gölü. Gölun yerləşdiri bölgə axını olmayan qapalı bir hövzəyə malikdir. Sahəsi təxminən 44 km²-dir.[1] 184 metrə qədər dərinliyi ilə Türkiyənin ən dərin 3-cü gölüdür. Göldə əmələ gələn hidromaqnezit mineralı “bioloji minerallaşma”-nın ən gözəl və müvafiq nümunələrindən biridir.
Salda gölü | |
---|---|
türk. Salda Gölü | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1.640 m |
Sahəsi | 43.70 km² |
Dərin yeri | 196 m |
Yerləşməsi | |
37°33′ şm. e. 29°41′ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Türkiyə Prezidentin 3 mart 2019-cu il tarixli və 824 nömrəli qərarı ilə Salda gölü xüsusi qorunma sahəsi olaraq elan edilir. 15 mart 2013-cü il tarixində rəsmi qəzetdə 30715 nömrəli elan dərc edilir.
Salda gölü və ətrafındakı yerlərdə Aralıq dənizi iqlimi üstünlük təşkil edir. Orta temperatur 15 °C-dir. Avqust ayında ən isti aydır. Avqust ayında temperatur 30 °C-ə qədər yüksəlir. Yanvar ayı ən soyuq aydır. Orta hesabla temperatur 2 °C-ə düşür. Ən çox yağıntı yanvarda düşür ki, buda 162 mm-dir. Ən az yağış iyulda düşür (16 mm).
Suyun təmizliyi və firuzəyi rəng ilə gözəl mənzərəyə əlavə olaraq, cənub-qərb və cənub-şərq sahillərində yerləşən kiçik çimərliklər ərazinin rekreasiya məqsədləri üçün istifadəsinə imkan verir. Salda gölü Burdur ilindən təxminən 60 km qərbdə yerləşir. Türkiyənin ən dərin, ən təmiz, ən yaxşı gölü olaraq bilinən xüsusiyyətləri var. Dəniz səviyyəsindən hündürlüyü 1140 m-dir.[2] Göl suyunun tərkibində maqnezium, soda və gilin olması bəzi dəri xəstəliklərinin müalicəsində faydalı nəticələrə səbəb olur. Mütəxəssislərin araşdırmalarına görə, göl suyu sızanaq üçün yaxşıdır. Gölün arxasındakı meşə örtüyündə kəklik, dovşan, tülkü, çöl donuzu, vəhşi ördəklər yaşayır. Göldə su azalarkən yeddi ağ adanı müşahidə etmək olar.
Ağgöz qaraördək və Göydimdik kimiördək növləri Salda gölünün beynəlxalq əhəmiyyətli bataqlıq ərazilərdə olmasını təmin edir. Qara şam meşələri ilə əhatə olunmuş gölün çimərlikləri olduqca əhəmiyyətlidir. Göldə dörd balıq növü (çəki, ot balığı, Salda yosunbalığı, lil balığı), damalı suilanı, göl qurbağası yaşayır. Ot balığı Burdur və Salda yosun balığı isə Salda gölü üçün endemikdir.
Salda gölü sərt çox yüksək qələvi xüsusiyyətləri olan suya malik bir göldür. Qidalanma vəziyyət indeksinə görə, qida maddələri baxımından oliqotrofik və keyfiyyətsizdir. Azot və fosfat məhsullarının çox aşağı olması və nəticədə çox aşağı bir xlorofil sıxlığının olması buna işarədir.
Salda gölü yerüstü və yeraltı sularla qidalanır. Buxarlanma göldəki suyun səviyyəsinə təsir edir. Sahəsi və səviyyəsi illər ərzində yağıntıdan asılı olaraq dəyişir. Salda (Qarakova) axını, Doğanbaba axını, Köpək axını və Qranlıq axın, Quruçay, Qayadibi axını kimi mövsümi axınlar Salda gölünə tökülür. Son 20 ildə göl səviyyəsində 3-4 metrə çatan aıçalma müşahidə edilir. Hələ də suyunun səviyyəsi azalmaqda davam edir.
Yaşılova ilçəsi gölün şərqində, Salda kəndi cənub-qərbdə, Doğanbaba şimal-qərbdə və Kayadibi şimal-şərqdə yerləşiri. Salda gölü və ətrafı 14 iyun 1989-cu ildə birinci dərəcəli Təbiəti Mühafizə Olunan Bölgə olaraq qeydiyyata alınır. Gölün ətrafı, 12 hektar ərazi ilə birlikdə 2012-ci ildə Salda Gölü Təbiət Parkı elan edilmişdir.