Saleh Hacıyev — azərbaycanlı fizik.
Orta təhsilini Şuşada və Ağdamda alıb. Məktəbi bitirdikdən sonra Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Buranı bitirdikdən sonra isə 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə qəbul edilib. 1942-ci ildə ali məktəbin üçüncü kursunda olarkən müharibəyə aparılıb. 3 il 2 aylıq əsgərlik müddətində Qafqazdan Şərqi Prussiyaya qədər geniş bir masştabda döyüşüb. Müharibədən sonra isə universiteti “Qırmızı diplom”la bitirib. Bunun ardınca isə Xarici Dillər İnstitutuna daxil olaraq, Alman dili üzrə ali təhsil alıb. Aspirantura təhsilini isə yenidən Kimya üzrə alıb. Namizədlik işində müdafiə etdiyi mövzu bir müddət sonra Elmlər Akademiyası tərəfindən ləğv edilib. Bundan sonra bir müddət elmdən uzaqlaşaraq, Neft Daşlarında işləyib. 3 il burada çalışdıqdan sonra isə yenidən elmə qayıdıb. Bu dəfə fizika sahəsinə. Fizika üzrə həm namizədlik, həm də doktorluq işini isə Moskva Universitetində müdafiə edib. 20 il Sibirdə yaşayıb, işləyib. 1988-i ildə Qarabağ hadisələri başlayandan sonra isə təqaüdə çıxaraq, özünü bütünlüklə elmə, yaradıcılığa həsr edib.
Saleh Hacıyev gənc yaşlarından tanınmış alim olmuşdur. O, Kemerovo Universitetinin professoru, kafedra müdiri işləmiş; Almaniyanın Heydelberq Universitetində mühazirələr oxumuş, elmi əsərləri ABŞ-nin tanınmış jurnallarında çap olunmuşdur[1].
2013-cü ildə vəfat etmişdir.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |