Saleh Müslüm Məhəmməd (kürd. Salih Muslim Mihemed; ərəb. صالح مسلم محمد, translit. Ṣāliḥ Muslim Muḥammad) — Şimali və Şərqi Suriya Muxtar Administrasiyasının (Rojava) əsas partiyası olan Demokratik Birlik Partiyasının (PYD) keçmiş həmsədri. Demokratik Dəyişikliklər üzrə Milli Koordinasiya Komitəsinin koordinator müavini olaraq, Suriyadakı vətəndaş müharibəsi dövründə ən öncül kürd nümayandə olmuşdur.[2]
Saleh Müslüm | |
---|---|
ərəb. صالح مسلم محمد | |
Demokratik Birlik Partiyasının həmsədri | |
2010 – 2017 | |
Əvvəlki | naməlum |
Sonrakı | Şahuz Həsən və Ayşə Hisso[1] |
Şəxsi məlumatlar | |
Doğum tarixi | mart 1951 (73 yaş) |
Doğum yeri |
|
Milliyyəti | kürd |
Vətəndaşlığı | Suriya |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, kimyaçı |
Həyat yoldaşı | Ayşə Əfəndi |
Uşağı | 5 |
Dini | islam |
Elmi fəaliyyəti | |
Elm sahəsi | kimya mühəndisliyi |
Vikianbarda əlaqəli mediafayllar |
Suriya vətəndaşı olan Saleh Müslüm Məhəmməd 1951-ci ildə Kobani şəhərinə yaxın bir kənddə anadan olmuşdur. O, Suriyada təhsil aldıqdan sonra 1970-ci ildən 1977-ci ilə qədər İstanbul Texniki Universitetinin Kimya Mühəndisliyi fakültəsində təhsil alır. Qısa bir müddət Londonda, 1978–1990 illərdə isə Səudiyyə Ərəbistanında çalışır və 1993-cü ildə Hələbdə mühəndislik ofisi açır.[3]
Saleh Müslüm 1998-ci ildə İraqdakı Kürdüstan Demokratik Partiyasının (KDP) Suriya qolu olan Suriya üzrə Kürdüstan Demokratik Partiyasına (KDP-S) qoşulur.[4] O, partiyanın hədəflərini yerinə yetirməməsindən məyus olması səbəbindən 2003-cü ildə partiyanı tərk edir.[5]
Saleh Müslüm 2003-cü ildə yeni qurulan Demokratik Birlik Partiyasına (PYD) qoşulur, icra şurasının üzvü olur və 2010-cu ildə partiyanın sədri seçilir. O, həyat yoldaşı Ayşə Əfəndi ilə birlikdə Suriyada həbs edildikdən sonra 2010-cu ildə İraqdakı Kürdüstan Vətənpərvərlər Birliyi (PUK) düşərgəsinə qaçır. Müslüm Suriyada vətəndaş müharibəsinin başlamasından sonra 2011-ci ilin martında Qamışlı şəhərinə qayıdır.[4]
PYD Müslümün başçılığı altında Şimali və Şərqi Suriya Muxtar Administrasiyasının yaranmasında böyük rol alır. 2013-cü ilin iyul ayında, kürd-türk sülh prosesi zamanı, Suriyanın gələcəyi ilə bağlı Türkiyə hökuməti ilə danışıqlar aparmaq üçün İstanbul şəhərinə dəvət edilir[6] və daha sonra 2014-cü ilin oktyabrına qədər üç dəfə danışıqlar üçün şəhərə qayıdır.[7]
2017-ci ilin sentyabr ayında PYD-nin Suriyadakı 7-ci qurultayı keçilir və burada iki yeni həmsədr seçilir.[8] Müslüm o vaxtdan bəri Şimali Suriya Demokratik Federasiyasının Demokratik Cəmiyyət Hərəkatı (TEV-DEM) koalisiyasının xarici əlaqələr səlahiyyətlisi vəzifəsində çalışır.[9]
Saleh Müslümün Xalq Qoruma Dəstələrində (YPG) döyüşçü olan oğlu Şirvan 9 oktyabr 2013-cü il tarixində Əl-Qaidənin Nusra Cəbhəsi ilə toqquşmalar zamanı Təl-Əbyəz yaxınlıqlarında həlak olmuşdur.[10]
Müslümün özünün dediyinə görə, onun Finlandiyada yaşamaq üçün icazəsi var.[11]