Saleh Oxumuş

Saleh Oxumuş (türk. Salih Okumuş; 1968, Rizə, Rizə ili) — Türkiyə ədəbiyyatçısı, araşdırmaçı-yazar, şair, elmlər doktoru, professor[1]

Saleh Oxumuş
Salih Okumuş
Doğum tarixi
Doğum yeri Rizə, Türkiyə
Vətəndaşlığı Türkiyə Türkiyə
Milliyyəti türk
Təhsili Trakya Universiteti, Qaradəniz Texniki Universiteti
İxtisası Türk dili və ədəbiyyatı

Saleh Oxumuş 1968-ci ildə Türkiyənin Rizə ilçəsinin Pazar kəndində doğulmuşdur. 1857-1858-ci illərdə Krım-Rus hərbi sırasında Kefedən Türkiyəyə köç edən Səlimoğlu sülaləsinə mənsubdur. Sülalə Orta Kefelili adıyla da tanınır. Ailə Cumhuriyyətdən sonra Soyad Qanununun çıxmasıyla Oxumuş soyadını alır. Ailədə oxuyub yazan simaların çoxluğu bu soyadı almağa səbəb olur. Ailənin böyüklərindən bəziləri İstanbulda Fatih Mədrəsəsində müdərrislik etmişdir.

Babası əski yazını bilən dinə bağlı bir şəxs olmuşdur. Ancaq ölkədə yaşanan qıtlıq və yoxsulluq səbəbindən uşaqlarını oxuda bilməmişdir. Altı qardaşdan ancaq biri təhsil almağa müvəffəq olur. Ailə onunla yenidən oxuyub-yazma bacarığına nail olur. İbtidai və orta təhsilini doğulduğu kənddə almışdır. 1992-ci ildə Trakya Universitetinin Fənn-ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölümünü bitirmişdir.

1995-ci ildə həmin universitetin Sosial Elmlər İnstitutunda “Emin Nihad bəy və Müsameret-namə” adlı dissertasiyası ilə magistr təhsilini bitimişdir.

1999-cu ildə “Çağdaş Azərbaycan şairi Məmməd Araz (Həyatı, ədəbi şəxsiyyəti və əsərləri)” adlı dissertasiya müdafiə edərək elmlər doktoru adını almışdır. 1993-cü ildə Qaradəniz Texniki Universiteti Fənn-ədəbiyyat fakültəsi Türk dili və ədəbiyyatı bölümünə araşdırmaçı kimi qəbul edilmişdir.

1998-1999-cu illərdə Afyon Kocatəpə Universiteti Fənn-ədəbiyyat fakültəsi Türk dili və ədəbiyyatı bölümündə araşdırmaçı kimi çalışmağa başlamışdır. 2000-ci ildə 19 Mayıs Universitetində Türk dili və ədəbiyyatı bölümündə dosent əvəzi kimi fəaliyyət göstərmişdir. 2006-cı ildə yeni qurulan Ordu Üniversitetində institut direktoru vəzifəsini tutmuşdur.

Saleh Oxumuş 1992-19931996-cı ildə Azərbaycanda fəaliyyət göstərmişdir. Burada Bakı Dövlət Universiteti, Xalq Təsərrüfatının İdarəetmə İnstitutu və Azərbaycan Əlyazmaları İnstitutunda dəvətli müəlllim kimi çalışmışdır. Həmin dövrdə Türk Dünyası Araşdırmaları Vəqfi Atatürk Liseyində də dərs demişdir.

2004-cü ildə Böyük Britaniyanın Mançester Universitetində “Türk Dünyası ədəbiyyatları və örnək mətnlər” adlı layihədə iştirak etmişdir. 2012-ci ildə Yunus Əmrə İnstitutunun türkoloji layihəsi ilə Priştina Universiteti Filoloji fakültəsinin Türk dili və ədəbiyatı bölümündə dəvətli müəllim kimi çalışmışdır. 2013-cü ildə həmin universitetdə dosent, 2018-ci ildə professor vəzifəsini tutmuşdur. Hazırda həmin universitetdə çalışmaqdadır.

Evli və iki qız atasıdır.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Saleh Oxumuş yaradıcılığa orta məktəbdə oxuduğu illərdə başlamışdır. Müəllimləri və valideynlərinin məsləhətilə yazmağa həvəslənir. Bunda babasının əski yazıdan oxuduğu hekayələr və nənəsinin söylədiyi nağılların təsiri böyükdür. Həmçinin uşaqlığında azad şəkildə dolaşdığı yaylaların da onun ruhunda dərin izlər buraxdığı hiss olunur. İlk şeirleri “Ardeşen”, “Pazar” kimi yerli mətbuatda dərc olunmuşdur. Şeirlərində təsəvvür poeziyasının təsirləri hiss olunur.

Universiteti bitirdikdən sonra şeir və hekayələrlə yanaşı, elmi araşdırmalara da ağırlıq vermiş, sənətin nəzəri məsələləri ilə bağlı yazılar yazmışdır. Qatıldığı bəzi yarışmalarda ödüllər alan Saleh Oxumuşun əsərləri “Gəncliyin səsi”, “İlk damla”, “Yunus”, “Yaşıl Rize”, “Ədəbiyyat sandığım”, “Ada ölkəsi sənətçiləri”, “İmza” kimi dərgilərdə yayınlanmışdır.

Saleh Oxumuşun elmi axtarışları Tənzimat ədəbiyyatı, şeir, hikayə və roman incələmələri, bioqrafiyalar, Türk Dünyası ədəbiyyatları, qəzet və dərgilərlə bağlı araşdırmalardan ibarətdir.

Doktorluq dissertasiyası üzərində işləyərkən yaxından tanıdığı və dost olduğu Azərbaycanın məşhur şairi Məmməd Arazın hikmətli fikirləri, insan, zaman və dünya haqqında fəlsəfi düşüncələri onun yaradııcılığına ciddi təsir göstərmişdir. Son illərdə nəsr yaradıcılığına yönələn Saleh Oxumuş, hekayə və esselər yazmağa üstünlük verir.

Bədii əsərlərini "Saleh Oxumuş", "Saleh Zəki Oxumuş", "A. Qərib Səlimoğlu", "Səlimoğlu" kimi imzalarla yayınlamışdır. “Elmas Yıldırım”, “Məmməd Araz”, “Müsameret-namə”, “Cumhuriyyət dönəmi ordulu şairler antolojisi”, “Gülpınar dərgisində ədəbi portetlər”, “Tənzimat hekayə və romanlarında İstanbul əsnafları”, "Gülpınar dərgisi (Metn-indeks)" və "Güzide Gülpınar Taranoğlunun yayınlanmamış məktubları" adlı səkkiz kitabı, qəzet, dərgi və ensiklopediyalarda yayınlanmış çox sayıda məqaləsi vardır.

  • Azerbaycan Muhaciret Edebiyatı Şairi Elmas Yıldırım (Hayatı, Sanatı ve Eserleri), KTÜ, Kafkasya ve Orta Asya Ülkeleri Uygulama ve Araştırma Merkezi Yayınları, Trabzon: 2001
  • Elmas Yıldırım: Hayatı, Sanatı ve Eserleri (Genişletilmiş İkinci baskı), Zinde yayınları, İstanbul: 2016
  • Müsameret-name (Gece Hikayeleri)”, Emin Nihat Efendi, Şule Yayınları, İstanbul: 2002
  • Çağdaş Azerbaycan Şairi Memmed Araz (Hayatı, Sanatı ve Eserleri)”, Diyanet Vakfı Yayınları, Ankara: 2009.
  • Cumhuriyet Dönemi Ordulu Şairler Antolojisi. Serüven Yayınları, Ordu: 2010, 310 s.
  • Gülpınar Dergisinde Edebi Portreler. Serüven Yayınları, Ordu: 2012.
  • Tanzimat Hikaye ve Romanlarında İstanbul Esnafları. Pegem Akademi Yayınları, Temmuz Ankara: 2012.
  • Gülpınar Dergisi (İnceleme-İndeks). Zinde Yayınları, İstanbul: 2012.
  • Güzide Gülpınar Taranoğlunun Yayımlanmamış Mektupları. Zinde Yayınları, İstanbul: 2012.
  1. "Professor Salih Okumuş kimdir?". 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-20.