Saleh Rüstəmov (coğrafiyaçı)

Saleh Hacı oğlu Rüstəmov (19111985) — coğrafiya elmləri doktoru, professor, əməkdar elm xadimi,

Saleh Rüstəmov
Saleh Hacı oğlu Rüstəmov
Doğum tarixi
Vəfat tarixi
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Elm sahəsi coğrafiya
Təhsili Moskva Hidrometeorologiya İnstitutu
Tanınır hidroloq

Həyatı[redaktə | mənbəni redaktə et]

Coğrafiyaşünas, hidroloq. İkinci Dünya müharibəsinin iştirakçısıdır. 1947-ci ildə Moskva Hidrometeorologiya İnstitutunu bitirmişdir, Azərbaycan SSR Hidrometeoroloji Xidmət İdarəsində Hidrologiya şöbəsinin müdiri işləmiş, ADU-da dərs demişdir. 1945-ci ildən yenicə yaradılmış AMEA Coğrafiya İnstitutunda işləməyə başlamışdır. 1946-cü ildə “Azərbaycan SSR-in çayları” namizədlik alimlik dərəcəsi almışdır. 1953-54-cü illərdə Coğrafiya İnstitutunda İqlimşünaslıqhidrologiya, 1954-85-ci illərdə “Qurunun hidrologiyası” şöbələrinə rəhbərlik etmişdir. 1962-1968-ci illərdə Azərbaycan AMEA Coğrafiya İnstitutunun direktoru olmuşdur. 1959-cu ildə “Azərbaycan SSR-in çayları və onların hidroloji xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri doktoru alimlik dərəcəsi, 1960-ci isə professor elmi adını almışdır.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Elmi maraq dairəsi çayların su rejiminin, Azərbaycanın su balansının öyrənilməsini əhatə edir. Onun dərin elmi məzmunda işləyib hazırladığı təkliflər Azərbaycanda su anbarlarının tikintisi zamanı nəzərə alınmışdır. Leysan yağışlarının və sülb axınlarının yaranmasının öyrənilməsi istiqamətində də tədqiqatlar aparmışdır. Bu tədqiqatlar ona sel təhlükəli hövzələrdə bir sel zamanı aparılan bərk materialların miqdarını, sellərin təkrarlanmasını nəzərə almaqla Azərbaycan ərazisində sellərin təsnifatını və rayonlaşdırılmasını aparmağa imkan vermişdir.

Professor S.Rüstəmov Azərbaycan çaylarının su kadastrının və su rejiminin öyrənilməsinə, Azərbaycanın kiçik çaylarının mənimsənilməsi problemlərinə, Qobustan-Abşeron çaylarının, Talış çaylarının hidroloji xüsusiyyətlərinin öyrənilməsinə, çay axınının hesablanması metodikası və s. aid coxsaylı əsərlərin müəllifidir.[1]

Elmi əsrləri[redaktə | mənbəni redaktə et]

S.H.Rüstəmov 150-dən çox elmi məqalənin müəllifidir.

  • Kiçik Qafqaz çaylarının su balansı”
  • “Azərbaycanın su balansı”(1979)
  • “Azərbaycanın su ehtiyatları” (1989)
  • “Azərbaycan SSR-in atlası” (1949,1963)
  • “Azərbaycan SSR-in coğrafiyası”(dərslik 1949-1953)
  • “Azərbaycan SSR”(Moskva 1957)
  • “SSR-də sellər və ona qarşı mübarizə” (Moskva 1964)

Mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]