Saleh Hacı oğlu Rüstəmov (1911 – 1985) — coğrafiya elmləri doktoru, professor, əməkdar elm xadimi,
Saleh Rüstəmov | |
---|---|
Saleh Hacı oğlu Rüstəmov | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | coğrafiya |
Təhsili | Moskva Hidrometeorologiya İnstitutu |
Tanınır | hidroloq |
Coğrafiyaşünas, hidroloq. İkinci Dünya müharibəsinin iştirakçısıdır. 1947-ci ildə Moskva Hidrometeorologiya İnstitutunu bitirmişdir, Azərbaycan SSR Hidrometeoroloji Xidmət İdarəsində Hidrologiya şöbəsinin müdiri işləmiş, ADU-da dərs demişdir. 1945-ci ildən yenicə yaradılmış AMEA Coğrafiya İnstitutunda işləməyə başlamışdır. 1946-cü ildə “Azərbaycan SSR-in çayları” namizədlik alimlik dərəcəsi almışdır. 1953-54-cü illərdə Coğrafiya İnstitutunda İqlimşünaslıq və hidrologiya, 1954-85-ci illərdə “Qurunun hidrologiyası” şöbələrinə rəhbərlik etmişdir. 1962-1968-ci illərdə Azərbaycan AMEA Coğrafiya İnstitutunun direktoru olmuşdur. 1959-cu ildə “Azərbaycan SSR-in çayları və onların hidroloji xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri doktoru alimlik dərəcəsi, 1960-ci isə professor elmi adını almışdır.
Elmi maraq dairəsi çayların su rejiminin, Azərbaycanın su balansının öyrənilməsini əhatə edir. Onun dərin elmi məzmunda işləyib hazırladığı təkliflər Azərbaycanda su anbarlarının tikintisi zamanı nəzərə alınmışdır. Leysan yağışlarının və sülb axınlarının yaranmasının öyrənilməsi istiqamətində də tədqiqatlar aparmışdır. Bu tədqiqatlar ona sel təhlükəli hövzələrdə bir sel zamanı aparılan bərk materialların miqdarını, sellərin təkrarlanmasını nəzərə almaqla Azərbaycan ərazisində sellərin təsnifatını və rayonlaşdırılmasını aparmağa imkan vermişdir.
Professor S.Rüstəmov Azərbaycan çaylarının su kadastrının və su rejiminin öyrənilməsinə, Azərbaycanın kiçik çaylarının mənimsənilməsi problemlərinə, Qobustan-Abşeron çaylarının, Talış çaylarının hidroloji xüsusiyyətlərinin öyrənilməsinə, çay axınının hesablanması metodikası və s. aid coxsaylı əsərlərin müəllifidir.[1]
S.H.Rüstəmov 150-dən çox elmi məqalənin müəllifidir.