Salix excelsa var. rodinii

Salix excelsa (lat. Salix excelsa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.

Salix excelsa
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Pakistan, Kaşmir, Əfqanıstan, Mərkəzi Asiya, Çin, İran, İraq, Türkiyə, Livan, Suriyada yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 30 m-dək olan ağacdır. Cavan budaqları çılpaq və ya seyrək tükcüklü, qonur və ya sarımtıldır. Yarpaqları lansetvari və ya yumurtavari üçkünc, əvvəlcə ağımtıl-gümüşü, sonradan parlaq, uzunluğu 5–8,5 sm, eni 1,3–2 sm, bünövrəsinə tərəf daralmış, kənarları dişlidir. Tumurcuqları əvvəlcə tükcüklü, sonra çılpaq, yumurtavari-lansetvari və ya yumurtavari-üçküncdür. Erkək çiçəyin uzunluğu 3–4,5 sm, eni 4–5 mm-dir. Çiçək yanlığı yumurtavari, erkəkcikləri 2, bünövrəsində tükcüklü, uzunluğu 5–7(9) mm, tozluğu 0,8–0,9 mm, yumurtavari 0,5 sm-dir. Dişi çiçəyin uzunluğu 1,5–3 sm, eni 0,5 sm-dir. Yumurtalığı yumurtavari-konusvari, uzunluğu 3 mm, çılpaqdır.

Quraqlıq və işıqsevən, torpağa tələbkar olmayan bitkidir. Rütubətli yerlərə də rast gəlinir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-da təbii halda rast gəlinir.

Tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Salix dischgensis Goerz
  • Salix euapiculata Nasarow
  • Salix excelsa var. rodinii A.K.Skvortsov
  • Salix lispoclados Dode
  • Salix litwinowii Goerz ex Nasarow
  • Salix neodaviesii Bornm. ex Goerz
  • Salix oxica Dode
  • Salix variifolia Freyn & Sint.