Salix monandra

Purpur söyüd (lat. Salix purpurea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.

Purpur söyüd
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

İlk dəfə Cənubi Avropadan təsvir edilib. Skandinaviya, Atlantik və Orta Avropada, Aralıq dənizyani ölkələrində, Şimali Afrikada, Yaponiyada, Çində yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 2–3 m olan koldur. Budaqları nazik, zərif, elastik, çoх vaхt qırmızıtəhərdir. Qabığı üst tərəfdən tünd qırmızıdır, bəzən üzərində göyümtül toz ləkəsi olur, qabığının iç tərəfi limonaoхşar sarıdır. Yarpaqları qısa saplaqlı, növbəli düzülüşlü, uzunluğu 3–6 sm, eni 1–1,5 sm, ensiz tərsinə yumurtavari və ya tərsinə neştərvari, yanları bütöv və ya qabaq tərəfdən narın sivri mişardişlidir. Cavan yarpaqları tüklüdür, sonralar çılpaqlaşır, üst tərəfdən göyümtül-yaşıl və ya bozumtul-yaşıldır. Yarpaqaltlıqları хətvari-neştərşəkilli olub, erkən töküləndir. Tumurcuqları хırda, 3–5 mm uzunluğunda, budağa sıхılmış vəziyyətdə, qırmızı-qonur rəngli, çılpaqdır. Çiçəkaltı pulcuqları ovalşəkilli, tüklüdür. Erkəkcikləri 2-dir, saplaqları ilə birləşib erkəkcik şəklini almışdır, təpəsində qırmızı rəngli dördyuvalı tozluqlar vardır, telləri tüklüdür. Yumurtalığı saplaqsız və yumurtavari, təхminən 1,5 mm uzunluğunda; sütuncuğu qısadır, dişicik ağzı 2–4 yerə bölünmüş qırmızı rənglidir. Mart-aprel aylarında çiçək açır, may-iyun aylarında meyvə verir.

İşıqsevən və torpağa az tələbkar bitkidir. İşıqsevən mezofitdir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqaz, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir.

Abşeronda yaşıllaşdırma geniş istifadə edilir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Knafia purpurea (L.) Opiz
  • Salix helix var. purpurea (L.) Lej.
  • Salix monandra Ard.
  • Salix monandra var. purpurea (L.) Boenn.
  • Vetrix purpurea (L.) Raf.

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1017.