Salix pentandra

Dəfnəyarpaqlı söyüd (lat. Salix pentandra) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.

Dəfnəyarpaqlı söyüd
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Avrasiyanın meşə və çöl zonalarını əhatə edir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 16 m-dək (bəzən 3- 5 m), gövdəsinin diametri 75 sm olan yumurtavari çətirli ağac və ya şaxələnmiş kiçik koldur. Cavan budaqları yapışqanlıdır, illik budaqları qara-qonur və ya sarımtıl rəngli, çılpaq və parlaqdır. Qoca gövdələrinin qabağı boz və ya tünd qonur, yarıqlı və pulcuqludur. Tumurcuqları yumurtavari, əyilmiş, hər iki tərəfi qonur, parlaqdır. Yalançı zoğları uzunsov və ya enli-yumurtavari, vəzicikli dişli, tez töküləndir. Yarpaqları möhkəm, dərili, üstü tünd yaşıl, parlaq, alt tərəfi açıq, yumurtavari-uzunsovdan enli-lansetvari, uzunluğu 5-13 sm, eni 2-4 sm, bünövrəsi küt, ucu iti, tamam çılpaqdır. Saplağı çılpaq, uzunluğu 0,2-1,4 sm-dir. Erkək sırğaları silindirik, uzunluğu 2-7 sm, diametri 1-1,5 sm, çox sıx çiçəklidir. Dişi çiçəklərin uzunluğu 1-6 sm, diametri 0,8 sm, sallaq, uzun, çılpaq ayaqlarda yerləşir. Erkəkcikləri 5, bəzən 2-4 və ya 12-24, 2 ballıqlı, dişi çiçəklərdə ballıq tək ola bilər. Yumurtalığı yaşıl, çılpaq, yumurtavari-konusvari, qısa ayaqcıqda, qısa, qalın sütuncuqluqdur. Meyvəsi-çılpaq, parlaq, uzunluğu 7 mm-dək olan qutucuqdur. Çiçəklənməsi maydan iyuladək, yarpaqlar açıldıqda baş verir. Meyvə iyulda, oktyabrda yetişir, qışda da ağacın üzərində qalır.

Soyuğa davamlıdır. Torflu və otlu bataqlıqlarda, nəmişli çəmənlik və meşələrdə, vadilərdə bitir. Dağlarda meşənin yuxarı sərhəddində dəniz səviyyəsindən 2000-2500 m hündürlüyə qalxır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqazda təbii halda rast gəlinir.

Dekorativ görünüşə malikdir. Çay kənarlarında rütubətli ərazilərin yaşıllaşdırılmasında istifadə edilir. Yarpaqlarından ağrı götürücü vasitə kimi və tərləmədə istifadə edilir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Amerina glandulosa Raf.
  • Pleiarina pentandra (L.) N.Chao & G.T.Gong
  • Salix glandulosa Raf.
  • Salix pentandra var. polyandra Rchb.
  • Salix polyandra Gled. ex Schrank

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Lusekia laurina Opiz
  • Salix burqinensis Chang Y.Yang
  • Salix fissa Dumort.
  • Salix fragilis Host
  • Salix fragrans Salisb.
  • Salix friesii A.Kern.
  • Salix laurifolia Wesm.
  • Salix pentandra var. angustifolia W.D.J.Koch
  • Salix pentandra f. bracteata E.L.Wolf
  • Salix pentandra f. brevisquamis Zapał.
  • Salix pentandra var. imminuta E.L.Wolf
  • Salix pentandra var. latifolia W.D.J.Koch
  • Salix pentandra var. latifolia Hartm.
  • Salix pentandra var. laxifolia Hartm.
  • Salix pentandra f. longipes Zapał.
  • Salix pentandra var. macrophylla Ser.
  • Salix pentandra var. macrostachia Ser.
  • Salix pentandra var. microstachia Ser.
  • Salix pentandra var. obovalis C.Y.Yu
  • Salix pentandra polyandra R.I.Schröd.
  • Salix pentandra f. stenophylla Zapał.
  • Salix polyandra Gled.
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1016.