Sallaq tozağacı

Sallaq tozağacı (lat. Betula pendula) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.

Sallaq tozağacı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ümumi yayılması

[redaktə | mənbəni redaktə et]

Qərbi Sibir, Altay, Avropa, Şimali Afrika, Asiya və Qafqazda yayılmışdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqaz dağlarında (Quba-Xaçmaz) və Naxçıvan MR-də təbii halda rast gəlinir.

Azərbaycanın nadir bitkisidir. NT.

Əsasən qarışıq meşələrin orta yaruslarında rast gəlinir. Dağlarda bu tozağacı dəniz səviyyəsindən 2100–2500 m-ədək hündürlüyə qalxır.

Təbii ehtiyatı

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda arealı çox geniş deyil.

Bioloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Əlverişli şəraitdə hündürlüyü 25–30 m, diametri 80 sm-ədək, çatır. Cavan ağacların qabığı qonurdur, 8-10 yaşdan ağarır. Cavan fərdlərini qızılağacın növləri ilə qarışıq salmaq olar. Iri vəziyyətdə ağ qabığına görə digər ağaclardan yaxşı fərqlənir. Daha yaşlı ağaclarda qabığı gövdənin aşağı hissəsind dərin yarıqlı, qara olur. Oduncağı sarımtıl-ağ, möhkəm və ağırdır. Budaqları çılpaq, çoxsaylı, sıx, qatranlı vəziciklərlə – ziyilciklərlə örtülmüşdür. Cavan budaqları aşağı sallanır və tozağacının çətirinə çox səciyyəvi görünüş verir (adı – sallaq tozağacı). Çətiri budaqlı, ancaq sıx deyil, budaqlanması simpodialdır. Yarpaqları rombvarı–yumurtavarıdan üçkünc–yumurtavarıyadək, uzunluğu 3,5-7 sm, eni 2-5 sm, ucu biz, hamar, cavan yaşda yapışqanlıdır; kənarları ikili dişlidir. Saplaqları çılpaq, uzunluğu 0,8-3 sm-dir. Çiçəkləri düz, xırda, bircinsli, budaqların uclarında sırğavari, sallaq çiçək qruplarına yığılmışdır. Yarpaqlar açılanadək çiçəkləyir. Erkək çiçəkləri qısa saplaqlarda, qırmızı-qonur pulcuqların qoltuqlarında 3 ədəd dixazial yerləşir və keçən ilin uzunsov zoğlarının uclarında 2-4 ədəd sallaq (5-6 sm) erkək sırğalar əmələ gətirir. Çiçəkyanlığı sadə, bir, iki yarpaqlı, 2-4 ədəd erkəkcikləri ikiyə bölünmüş, çiçəkyanlığın yarpaqlarla üzbəüz yerləşir. Dişi çiçəklərin çiçəkyanlığı yoxdur, üçqanadlı pulcuqlarla bitmişdir. Onlar qısa, yan zoğlarda 5 ədəd dixazilərə yığılmışdır və qısa, silindrik yaşıl, dişi sırğalar formalaşdırır. 2 ədəd dişiciyi bitişik olub, orada bir toxum rüşeymi inkişaf edir. Sapşəkilli dişicik ağızları uzun, bəzən parlaq rənglidir. Meyvələri yayın axırlarında yetişir.

Generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

[redaktə | mənbəni redaktə et]

Başlıca olaraq insan fəaliyyətidir.

Məlumat yoxdur.

Qəbul edilmiş qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Şahdağ Milli Parkında qorunur.

Zəruri qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın "Qırmızı kitab"ına salınması tövsiyə edilir.