Sallekhana (hind. सल्लेखना) - samlehna, santhara, samadhi-marana və ya sanyasana-marana kimi də tanınır, caynizmin etik davranış kodeksində yer almış ölüm orucu anddı. Sallekhana prosesi yemək və maye qəbulunu tərdicən azaltmaqla könüllü olaraq oruc tutmağı özündə ehtiva edir. Digər dinlərdə tətbiq edilən oruclardan fərqli olaraq burada oruc adətən dindar şəxsin ölüm halına qədər davam edir.[1] Caynizmdə buna insan nəfsinin və bədəninin cilovlanması kimi baxılır və bütün fiziki və zehni fəaliyyətləri donduraraq yenidən doğuşa təsir edən karmanı məhv etmək üçün bir vasitə hesab olunur.[2]
Caynizmlə məşğul olan din alimləri tərəfindən Sallekhana intihar hesab edilmir. Onların əsas arqumentlərindən biri budur ki, bu proses zamanı şəxs hər hansısa silahdan və ya kənar vasitədən istifadə etməklə özünə zərər vurmur və ya həyatını bir başa sonlandırmır.[1] Sallekhana andını qəbul edilmiş bir cayinistin bu prosesə hazırlanması və ya oruc müddətini tamamaması bəzən bir necə ilə başa gələ bilər.
Hindistanda hər il 300 nəfərə yaxın caynizm dinin mənsubu Sallekhana vasitəsi ilə ölümü seçir və onların ölümləri lokal icmalar tərəfindən xüsusi rituallarla qeyd olunur. Aparılan araşdırma nəticəsində məlum olub ki, təkcə Mumbayın iki rayonunda 400 cayinist son 7 ildə Sallekhana vasitəsilə ölümü seçib. Hindistanda 4 milyondan çox ardıcılı olan dinin əsas mənsubları ölkənin Racastan, Qucarat, Madhya-Pradeş, Uttar-Pradeş və Karnataka ştatlarında yaşamaqdadırlar.[3]
Sallekhana həm caynizmlə məşğul olan dindarlar, həm də dinlar olmayan ancaq özünü bu dinin mənsubu sayan şəxslər tərəfindən icra edilə bilən bir anddır.[4] Nişidhi qravüraları kimi tarixi dəlillər sallekhananın caynizm tarixində həm kişilər, həm də qadınlar, o cümlədən kraliçalar tərəfindən tətbiq edildiyini göstərir. Ritualların kifayət qədər tarixi kökləri və əsasları olsa da, müasir Hindistanda kiminsə sallekhana ölüm orucu əsasında həyatına son verməsi qeyri-adi hadisə olaraq qəbul edilir və birmənalı qarşılanmır.[5]
Sallekhana rituallının tətbiq edilməsi Hindistanda yaşamaq hüququ, ölüm hüququ və din azadlığı mövzularında müxtəlif mübahisələrə səbəb olmaqdadır. 2015-ci ildə Racastan Ali Məhkəməsi intihar hesab edərək bu əməli qadağan etmişdir. 2016-cı ildə Hindistanın Ali Məhkəməsi Racastan Ali Məhkəməsinin qərarını ləğv edərək, dini ritualla qoyulan qadağanı ləğv etmişdir.
1800 və 1992-ci illər arasında Caynizm ədəbiyyatlarında Sallekhana ilə ölümün ən azı 37 nümunəsi qeydə alınmışdır. 1993-2003-cü illər arasında Svetambara və Digambara caynistləri arasında müvafiq olaraq 260 və 90 Sallekhana ölümü qeydə alınıb. Əhmədabaddakı LD İndologiya İnstitutunun direktoru Citendra Şaha görə, Hindistanda hər il orta hesabla 240 caynist Sallekhana tətbiq edir və həyatlarına bu ritualla son verirlər. Onların əksəriyyəti qeydə alınmır və dövlət rəsmilərin bundan xəbəri olmur.[6]
Caynizm dinin fəlsəfəsində bu dinin ardıcılları üçün təyin edilmiş beş böyük and mövcuddur. Bunlar; Ahimsa (zorakılıq etməmək), Satya (yalan danışmamaq), Asteya (oğurluq etməmək), Brahmacharya (iffətli davranmaq və ya iffət sahibi olmaq) və Aparigraha (mülkə sahib olmama - daha çox hər hansısa dünya malına göz dikməmək kimi başa düşülür)[7] Üç Qunavrata (ləyaqət əhdi) və dörd Şikşa vratası (intizam andı) daxil olmaqla daha yeddi əlavə əhd dinin əsas fəlsəfə sistemini təşkil edir. Üç Qunavrata bunlardır; Diqvrata (məhdud hərəkətlər, insanın fəaliyyət sahəsini məhdudlaşdırmaq), Bhoqopabhoqaparimana (istehlak olunan və qeyri-istehlak olunan məhsulların istifadəsini məhdudlaşdırmaq) və Anartha-dandaviramana (məqsədsiz günahlardan çəkinmək). Şikşavratalara aşağıdakılar daxildir; Samayika (məhdud dövrlər üçün meditasiya etmək və konsentrə olmaq əhdi), Desavrata (məhdud dövrlər üçün hərəkət və fəaliyyət məkanını məhdudlaşdırmaq), Prosadhopavasa (məhdud müddətlər üçün oruc tutmaq) və Atithi-samvibhaq (asketə yemək təklif etmək).[8][9][10]
Sallekhana yuxarıda göstərilmiş 12 iki əsas təlimə bir əlavə kimi baxılır. Bununla belə, Kundakunda, Devasena, Padmanandin və Vasunandin kimi bəzi caynist mütəffəkkirlər Sallekhananı Şikşavartasın alt qrupu olaraq qiymətləndirilir.[11] Sallekhana Sanskrit dilindən tərcümədə şəxsin yavaş-yavaş yeməkdən və sudan çəkinməsi və zamanla tamamilə uzaqlaşması anlamına gəlir. Sözün dildəki müxtəlif mənaları isə arıtlamaq , zərifləşdirmək və yatəmizləyib, çıxarmaq kimi də başa düşülür.[11] Sallekhana iki komponentə bölünür. Birinci komponent Kaşaya Sallekhana (nəfsin tərbiyə edilməsi) və ya Abhayantra Sallekhana (daxili zəriflik) adlanır. İkinci komponent isə Kaya Sallekhana (bədəni nazikləşdirmə) və ya Bahya Sallekhana (xarici incələmə) olaraq başa düşülür.[12] Caynizm dini mətnlərnə görə Sallekhana prosesində olan asket Ahimsaya (zorakılıq etməmək və ya xəsarət yetirməmək) halında olur və beləliklə bu hal ona bəzi dünyavi ehtirasları və nəfsləri özünə tabe etməyə köməklik göstərir.[13]
Sallekhana həm ev sahibləri, həm də asketlər üçün təyin edilsə də, Caynizm mətnləri prosesin tətbiq edilməsi üçün uyğun şəraitin zəruriliyindən bəhs edir.[14][15] Caynizmdə ev sahibi (Śrāvaka) deyildikdən bu dinlə peşəkar şəkildə məşğul olan və həyatını bu dinin fəlsəfəsinə və doğru şəkildə yaşanmasına, təbliğatına həsr etmiş şəxs başa düşülür. Dinin qoymuş olduğu qaydalara əsasən Sallekhana prosesi ev sahibinin nəzarəti altında keçirilməlidir və onun nəzarəti altında olmayan bir proses qəbul tövsiyə edilmir.[16] Sallekhana hər zaman könüllü olaraq həyata keçirilir.
Caynizmdə şəxsin Sallekhanaya məcbur edilməsi böyük günah hesab olunmaqdadır. Özünü bu prosesə hazır hesab edən dinin mənsubu heç bir kimyavi maddə və ya bənzəri təsirlərə məruz qalmadan gündəlik qidadan imtina edir və bir necə gündən sonra su qəbulunu da dayandırır. Qida qəbulunun dayandırılması bir necə gündən sonra askentin çəki itirməsinə və bədənini incəlməsinə səbəb olur. Ölüm halı yaxınlaşdıqca Sallekhana prosesində olan dindar, ailə üzvləri və ruhani məsləhətçilərinin tam məlumatı və dualarının müşaiət altında qida və su qəbulunu tamamilə dayandırır.[17]
Bəzi hallarda ölümcül xəstəliyi olan caynistlər sallekhana prosesinə müraciət edirlər və bu hallarda əhdlərinin qəbul edilməsi üçün ruhani məsləhətçilərindən icazə istəyirlər. Bunu daha çox həkimlər tərəfindən həyatlarına müəyyən bir müddət qoyulmuş ağır xəstələrin, həyatlarına Sallekhana ritualı əsasında son vermək istəyi kimi də başa düşmək mümkündür.[18] Uğurlu bir sallekhana ritualı üçün şəxsin bu işdə tam könüllü olması və ruhunu sözügedən əhdə yönəltməsi mütləqdir. Yalnız könüllülük, paklık, sakitlik, dinclik və sevinc prinsipləri əsasında həyata keçirilmiş bir sallekhana ritualı tam şəkildə tamamlanmış hesab oluna bilər.[4][1]
Sallekhana caynizmdə mövcud olan digər ölüm rituallarından fərqlənir. Caynizmin ölüm rituallarından bəhs edən Beş Böyük nəzir fəlsəfəsinin bəndlərinə görə ölüm ritualları ilə yalnız dini inancını düzgün formada yaşamış şəxslər həyata keçirdə bilər. Nisəbətən günah əməllərlə məşğul olmuş şəxslər; məsələn zorlama, oğurluq və ya bənzəri günahlara görə askentərin zəhər içərək həyatlarına son verməsi tələb edilir. Bu baxımdan Sallekhana ritualının nəticəsində həyatına son vermiş şəxs daha böyük ehtirama və hörmətə layiq bilinir.[19]
Sallekhana ritualının tətbiq edilməsi bir necə gündən, bir necə aya qədər dəyişə bilər.[20] Ratnakaran Şravakaçaranın altıncı hissəsində Sallekhananı və onun prosedurunu aşağıdakı kimi təsvir edilmişdir;
Qatı qidalardan tədricən imtina edərək, süd məhsulları qəbul etməli, sonra isti və ya ədviyyatlı sudan imtina etməlisiniz. Sonradan isti sudan da imtina edərək və tam qətiyyətlə oruc tutmalısınız.
|
Caynizm mətnləri əhdin beş pozuntusundan (Aticara) bəhs edir: insan kimi yenidən doğulmaq arzusu, ilahi olaraq yenidən doğulmaq istəyi, yaşamağa davam etmək istəyi, tez ölmək istəyi və varlı bir həyat yaşamaq istəyi. sonrakı həyatda. Digər günahlara aşağıdakılar daxildir: dostlara olan məhəbbəti xatırlamaq, həzz aldığı ləzzətləri xatırlamaq və gələcəkdə ləzzətlərdən həzz almaq arzusu.[22][23][24]
Eramızdan əvvəl III və ya II əsrə aid qədim Svetambara Caynizm mətni Açaranqa Sutrada Sallekhananın üç forması təsvir olunur;
Sallekhananın başqa bir variantı, məhdud bir məkanda könüllü olaraq özünü məhdudlaşdırmaq, təcrid etmək və sonra ölüm halına qədər oruc tutmaqdan ibarət olan İtvaradır.[19]
Cənubi Hindistanda, xüsusən də Karnataka ştatında, Sallekhananı metodu ilə həyatına son verən şəxsi yad etmək üçün xatirə daşı və ya nişanə qoyulur. Bu daş Nişidhi, Nişidige və ya Nişhadiqa kimi tanınır. Termin sanskrit kökü olan Sid və ya Sad sözündən götürülmüşdür, bu da əldə etmək və ya boşa çıxarmaq mənalarına gəlir.[25] Nişidhilər əsasən gələcək nəsillərə Sallekhana ritualını həyata keçirmiş şəxslər haqqında məlumat vermək məqsədi ilə qoyulmuşdur. Xatirə daşlarının üzərində əhdi yerinə yetirən şəxsin adı, doğulduğu yer və ya ailəsinin gəlmiş olduğu bölgə, əhdin müddəti və əhdin hansı ərazidə baş tutması ilə bağlı müxtəlif informativ məlumatlar əks olunmuşdur. Karnataka ştatının inzibati ərazilərində aşkarlanmış ən qədim Nişidhi daşlarının eramızın VI və ya VIII əsrlərinə aid olduğu ehtimal olunur.
Bu üslub X əsrə qədər davam etmişdir. X əsrdən etibarən xatirə daşının yanına ayaq izləri əlavə edildi. XI əsrdən etibarən isə Nişidhi yazılarına lövhələr və sütunlar üzərində rast gəlinmişdir. Bu plitələr və ya sütunlar tez-tez mandapalarda (sütunlu köşklərdə), basadi (məbədlər) yaxınlığında və ya bəzən məbədin qapı çərçivəsinə və ya sütunlarına naxış kimi tikilirdi.
Karnataka ştatındakı Şravanabelqolada təxminən VI əsrdən XIX əsrə qədər 93 Nişidiyə rast gəlinir. Onlardan 54-ü təxminən VI - VII əsrlərə aiddir. Şravanabelqol antik şəhərində aşkarlanmış çoxlu sayda Nişidhi xatirə daşında keçmiş ənənələrə əməl edildiyi aşkarlanmışdır. VI əsrdə Mauriya imperiyasının qurucusu Çandraquptanın öz müəllimi Bhadrabahu ilə birlikdə Şravanabelqol şəhərində yerləşən Çandragiri təpəsində Sallekhana ritualını icra etdiyi güman edilir. Tarixi mənbələrdə bu barədə kifayət qədər dəlil olmasa da, Radha Kumud Mokerji kimi tarixçilər bunu inandırıcı ehtimal olduğunu qeyd ediblər.[26][27][28][29]
Karnataka ştatının məbədlər şəhəri kimi tanınan Tirumakudalu Narasipura şəhəri yaxınlığında qədim Kannada yazısı ilə yazılmış tarixsiz bir Nişidhi aşkarlanıb. J. F. Fleet, I. K. Sarma kimi tarixçilər aşkarlanmış xatirə daşının eramızın 840 və ya 869-cu illərdən birinə aid ola biləcəyini bildiriblər.[30]
Xatirə daşında Qərbi Qanqa sülaləsinin kralı I Ereqanqa Nitimarqanın Sallekhana ilə həyatına son verdiyi təsvir edilmişdir.[31][32] Şravanabelqolada aşkarlanmış Kuge Brahmadeva sütununda digər Qərb Qanqa kralı Marasimhanın xatirəsinə həsr olunmuş bir Nişidhi daha mövcuddur. Qandhavarna Basadinin qarşısındakı sütunun üzərindəki yazı, ritualı yerinə yetirdikdən sonra 982-ci ildə vəfat edən Raştrakuta Kralı III Krişnanın nəvəsi İndraracanın xatirəsini yad edir.[25]
Cənubi Hindistanda aşkarlanmış yazılardan çıxan nəticəyə görə Sallekhana ritualı ilə ölüm orta əsrlərdə yaşamış caynizm ardıcılları arasında belə geniş yayılmamışdır. Bu ölüm metodunu seçən şəxslər əsasən şəhəri və ya əyaləti idarə edən krallar və ya ev sahibləri olaraq adlandırılan, caynizm dini ilə peşəkar şəkildə məşğul olmuş askent rahiblər olmuşdular. Sallekhana Hindistanın cənubunda öz əhəmiyyətini XII əsrdə yavaş-yavaş itirməyə başlayır və zamanla unudulur. 1955-ci ildə Digambara rahibi Açarya Santisaqara tərəfindən yenidən dircəldilməsindən sonra əvvəlki əhəmiyyətinə yaxın bir mövqeyə qayıtmışdır.[1]
Sallekhana bu gün belə Caynizm ardıcılları tərəfindən hörmətli və xüsusi bir ritual olaraq qəbul olunur.[33]