Salli və Enn testi — İnkişaf etmiş psixologiyada bir şəxsin digərlərini səhv inanclara inandırmaq məsələsində sosial hesablama qabiliyyətlərini ölçmək üçün istifadə edilir. (Wimmer & Perner, 1983).[1] Salli və Enn testi 1985-ci ildə Saymon Baron-Koen, Alan M.Lesli və Uta Frit tərəfindən tətbiq edildi,[2] daha sonra 1988-ci ildə Lesli və Frit bu təcrübəni insan aktyorları (daha doğrusu kuklalar) ilə təkrarladılar və oxşar nəticələr tapdılar.[3]
Testdə "Salli" və "Enn" adlı iki kukla istifadə olunur. Salliinin bir səbəti və Enninin bir qutusu olur. Testə baxanlara (bu adətən uşaqlar olur) sadə bir test edilir. Sallinin səbətinə bir diyircək (kiçik metal təkərcik məs.: mebellərin, royalların ayaqlarında olan təkərciklər) qoyulur və Salli səhnədən ayrılır. Salli orada nə olduğunu görmədiyi halda, Enn Sallinin səbətindən diyircəyi götürür ve öz qutusuna qoyur. Salli daha sonra geri dönür, bu zaman uşaqlara Salli ilk olaraq öz diyircəyi üçün hara baxacaq deyə soruşulur. Əgər uşaqlar Sallinin diyircəyin səbətin içində olmadığını bilmədiyindən ilk olaraq elə öz səbətinə baxar deyərlərsə, testi keçmiş olarlar.[4]
Dörd yaşınadək normal uşaqlar və bütün yaşlarda olan autizmdən əziyyət çəkən uşaqlar "Salli"nin proses zamanı otaqda olmadığına diqqət yetirmədən "Ennin qutusuna" deyə cavab verəcəklər. Saymon Baron Koenin "autizm idrak nəzəriyyəsi"ndə 61 uşaq "Salli" və "Enn" testi ilə sınaqdan keçdi.[2]
Kuklalar uşaqlara təqdim edildikdən sonra onlara kuklaların adını anlayıb anlamadıqları sualı soruşulur (Adlandırma sualı). Bundan sonra Salli bir diyircək götürür və səbətində gizlədir. Daha sonra otaqdan çıxır. Sally çöldəykən, yəni onun xəbəri olmadan, Enn Sallinin səbətindən diyircəyi götürür və öz qutusuna qoyur. Salli geri gəldikdən sonra uşağa "açar sual" soruşulur: "Salli diyircək üçün ilk olaraq hara baxacaq?" (İnanc sualı) [2]
Daha sonra iki nəzarət sualı soruşulmuşdur: Gerçəklik sualı və yaddaş sualı.
Gerçəklik: "Əslində diyircək hardadır?" sualıdır. Bu uşağın diyircəyin səbətdən qutuya qoyulduğuna diqqət edib etmədiyindən əmin olmaq üçündür.
Yaddaş: "Diyircək ilk öncə hardaydı?" sualıdır. Bu sual uşağın Sallinin diyircəyi ilk olaraq harda qoyduğunu unudub-unutmadığına əmin olmaq üçün soruşulur.
Uşağın bu testi keçə bilməsi üçün "inanc sualı"na düzgün cavab verməsi lazım gəlir. Onun Sallinin öz inancları olduğunu və bunların reallıqla üst-üstə düşmədiyini göstərməsi lazımdır. "İnanc sualının" doğru cavabı Sallinin səbətini gösdərməkdir. Bu sualın cavabı onu göstərəcəkdir ki, uşaq Sallinin diyircəyinin öz səbətində olduğuna inandığını bilir. Doğru olmayan cavab Ennin qutusunu göstərməkdir, çünki Salli Ennin onun diyircəyini öz qutusunda gizlətdiyini bilmir.
Bu testdən keçən uşaqlar iki fərqli inancın var olduğunu anlayırlar:
Bu testi keçən uşaqların bu zehni qabiliyyətlərə sahib olduqlarına inanırlar:
Bəzi psixoloqlar testdən keçə bilməyən uşaqlar üçün "idrak nəzəriyyəsi" çatışmazlığını ortaya qoyurlar. Burada "idrak" qavrayış, inanc, düşüncə və yaddaş kimi psixoloji proseslər mənasında istifadə edilir. Ancaq Salli və Enn testində uğurlu olmamaq zehni halların fərqində olmamaq anlamına gəlmir.
Digər böyük insanabənzər meymunların insan kimi idrak nəzəriyyəsi olmadığı məlum olduğundan, bunun əcdadlarımızın digər iri insanabənzər meymunlardan ayrıldıqdan sonra yarandığı fərz edilir. Suddendorf bunun 1,8 milyon il əvvəl, "Homo erektus" ilə yarandığını irəli sürmüşdü.
King Kong kosyumunda Şempanzelərə, bonobolara və oranqutanlara "Salli və Enn" testi keçirilib, onların hər üçünun "yalan inanc" mövzusnda Salli və Enn testini keçdikləri göstərilib.[5][6]
Eyni zamanda Baron-Koen autizmden əziyyət çəkən uşaqlarda kifayət qədər düşüncə nəzəriyyəsinin olmadığını, onlara təsir göstərən digər mümkün amillərin olduğunu göstərir. Məsələn, autizmdən əziyyət çəkən şəxslər şüurlu olaraq, sadələşdirilmiş tapşırıqlara reaksiya verə bilirlər, amma autistik və eşitmə problemi olan uşaqlarda dil ilə bağlı problemlər nəticələri qarışdırır.[7] Rufman, Qarnham və Rideot Salli və Enn testi və autizimdə ictimai ünsiyyət funksiyası kimi göz təması arasındakı əlaqələri araşdırırlar.
Helen Taqer-Flyüsberq iddia edir ki, Salli-Enn tapşırığında empirik nəticələrə baxmayaraq, elm adamları arasında autizimdə idrak nəzəriyyəsinin əsas əhəmiyyəti haqqında fikir ayrılıqları var. Bütün aparılmış tədqiqatlar onu göstərir ki, bəzi autizmli uşaqlar "Salli-Enn" testi kimi "səhv inanc" testlərində keçirlər.[8]
Açığı, testdə oynanan ssenari Sallinin diyircəyinin yeri haqqındakı gözləntilərini müəyyən etmək üçün yetərli məlumat vermir. Məsələn, Salli və Ennin daha əvvəl diyircəyin ehtimal olunan yerləri haqqında danışıb danışmadıqları deyilmir. Beləliklə, burada "bilmirəm" bir mənada ən doğru cavabdır.
Müsbət bir cavab ancaq vəziyyət haqqında qeyd edilməyən hissələr üzərinə fərziyyələrdə olaraq verilə bilər. Burada mümkün olan bir çox fərziyyələr meydana gəlir və verilə biləcək az sayda cavab olması səbəbindən testin bir çox mümkün versiyanı kifayət dərəcədə ayırd etmədiyini göstərir. Həmçinin cavabları "keçər" və "keçməz" olaraq bölmək bu məlumatların çoxuna nail olmağı da mane olur. Keçmək üçün müxtəlif yollar var, buna baxmayaraq, qalmaq üçün isə daha da çox yollar var.
Bu problemlər səbəbindən testin diaqnostik vasitə kimi istifadə edilməsinə dair məhdudiyyətlər var. Testin standart tərifi sosial konsepsiyanın inkişafının ən geniş yayılmış modelinin müəyyən bir mərhələsini xarakterizə edir, amma bu standart modeli izləməyənlərə tətbiq edildikdə aldadıcı ola bilər.