Salman Əlizadə

Salman Əlizadə (1 dekabr 1993; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən boksçu.

Salman Əlizadə
Şəxsi məlumatlar
Tam adı Salman Əlizadə
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (30 yaş)
Doğum yeri Bakı, Azərbaycan
İdman növü Boks

Salman Əlizadə 1993-cü il dekabrın 1-də Bakı şəhərində anadan olub.

Salman Əlizadə 2010-cu ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı. Salman Əlizadə yarım-final mərhələsində Sinqapur nümayəndəsi Mohd Həmid ilə üz-üzə gəldi.[1] Həmin görüşdə Salman Əlizadə rəqibinə 10:1 hesabı ilə qalib gəldi və Sinqapur Olimpiadasının final görüşünə vəsiqə qazandı.[2] Həlledici görüşdə isə onun rəqibi İrlandiya nümayəndəsi Ryan Burnet oldu.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Salman Əlizadə rəqibinə 6:14 hesabı ilə məğlub oldu və Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.[3]

Salman Əlizadə 2011-ci ildə Avropa Çempionatının qalibi olub. 2 il sonra isə Salman Əlizadə Belarusda baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu.

Salman Əlizadə 2016-cı ildən İstanbul şəhərində yaşayır.

  1. Azerisport.com idman portalı. "Сингапурец, египтянин и монгол против азербайджанских боксеров". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  2. Azerisport.com idman portalı. "Салман Ализаде и Эльвин Исаев приносят Азербайджану еще две медали (ОБНОВЛЕНО)". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  3. 1 2 Azerisport.com idman portalı. "Азербайджан завоевал два серебра Олимпиады (ОБНОВЛЕНО)". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.