Yelena Vıstropova (3 noyabr 1988) — Azərbaycanı təmsil edən qadın boksçu, 2014 və 2016-cı illərin Avropa Çempionatının qalibi.[1]
Yelena Vıstropova | ||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||||||||||||||
Tam adı | Yelena Yevgenyevna Vıstropova | |||||||||||||||||||
Vətəndaşlığı |
Rusiya → Azərbaycan |
|||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||
Doğum yeri | Mahaçqala, Dağıstan MSSR | |||||||||||||||||||
Boyu | 174 sm. (5 ft 6 in) | |||||||||||||||||||
İdman növü | Boks | |||||||||||||||||||
Medallar
|
Yelena Vıstropova 2011-ci ildə Niderlandın Rotterdam şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[2] Yelena Vıstropova yturnirin 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə Niderland nümayəndəsi Mariçelle de Yonq ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu (10:12).[2]
Daha sonra Yelena Vıstropova 2012-ci ilin mayında Çinin Quançjou şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi.[3] Yelena Vıstropova 1/32 final mərhələsində Belarus təmsilçisi Vitoria Kebiovanı 18:8, 1/16 final mərhələsində Braziliya nümayəndəsi Roselli Feitosanı 18:12, 1/8 final mərhələsində Rumıniya təmsilçisi Luminita Turçini (RSCI), 1/4 final mərhələsində Ukrayna nümayəndəsi Liliya Durnyevanı 12:5, 1/2 final mərhələsində İsveç təmsilçisi Anna Laurelli 16:15 hesabı ilə məğlub elədi və final görüşünə vəsiqə qazandı.[3] Həlledici görüşdə isə o, İngiltərə nümayəndəsi Savanna Marşalla 15:18 hesabı ilə məğlub oldu və Dünya Çempionatının gümüş medalına sahib oldu.[3] Bununla da Yelena Vıstropova bu idman növü üzrə Dünya Çempionatının medalına sahib olan Azərbaycanın birinci qadın idmançısısı olaraq tarixə düşdü.
Yelena Vıstropova 2012-ci ilin avqustunda isə Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı.[4] Turnirin 1/8 final mərhələsində Nigeriya nümayəndəsi Edit Ogoya məğlub olan (12:14) Yelena Vıstropova mübarizəsini başa vurdu.[4][5] Yelena Vıstropova həm də bu idman növü üzrə Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən birinci idmançı olaraq da tarixə düşdü.
Daha sonra Yelena Vıstropova 2014-cü ilin iyununda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi.[6] Yelena Vıstropova 1/8 final mərhələsində Macarıstan nümayəndəsi Eszter Olahı 3:0, 1/4 final mərhələsində Polşa təmsilçisi Nataliya Hollinshanı 3:0, 1/2 final mərhələsində isə Rumıniya nümayəndəsi Mihaela Kristiananı 3:0 hesabı ilə məğlub elədi və final görüşünə vəsiqə qazandı.[6] Həlledici görüşdə isə o, İngiltərə nümayəndəsi Stacey Kopelanda 3:0 hesabı ilə qalib gəldi və Avropa Çempionatının qızıl medalına sahib oldu.[6] Yelena Vıstropova bu idman növü üzrə Avropa Çempionatının qalibi olan Azərbaycanın birinci qadın idmançısı oldu.
Yelena Vıstropova 2014-cü ilin noyabrında isə Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi.[7] Yelena Vıstropova 1/16 final mərhələsində İngiltərə nümayəndəsi Stasi Kopelandı (3:0), 1/8 final mərhələsində Çin Taybeyi təmsilçisi Çen Çi-Çunu (3:0), 1/4 final mərhələsində isə ABŞ nümayəndəsi Danyelle Volfa (2:1) qalib gəlsə də, 1/2 final mərhələsində Panama nümayəndəsi Ateyna Bilona (1:2) məğlub oldu və Dünya Çempionatının bürünc medalına sahib oldu.[7]
Daha sonra 2015-ci ilin iyununda baş tutan Birinci Avropa Oyunlarında da mübarizə aparan Yelena Vıstropova, turnirin 1/4 final mərhələsindəcə Birləşmiş Krallıq nümayəndəsi Sandi Ryana məğlub oldu (1:2) və mübarizəsini dayandırdı.[8]
Yelena Vıstropova 2016-cı ilin aprelində Samsun şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə apardı.[9] Yelena Vıstropova turnirin 1/16 final mərhələsindəcə Türkiyə nümayəndəsi Səma Çalışqana məğlub oldu (0:3) və mübarizəsini dayandırdı.[9]
Daha sonra Yelena Vıstropova 2016-cı ilin mayında Qazaxıstanın Astana şəhərində baş tutan Dünya Çempionatında da mübarizə apardı.[10] Yelena Vıstropova 1/16 final mərhələsində Birləşmiş Krallıq təmsilçisi Savanna Marşalla məğlub oldu (0:3) və turniri medalsız başa vurdu.[10]
Yelena Vıstropova 2016-cı ilin 15-24 noyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında da çıxış elədi.[11] Yeleba Vıstropova 1/4 final mərhələsində İtaliya nümayəndəsi Assunta Kanforanı 2:1, 1/2 final mərhələsində isə Rusiya təmsilçisi Səadət Abdullayevanı 2:1 hesabı ilə məğlub elədi və final görüşünə vəsiqə qazandı.[11] Həlledici görüşdə isə o, Türkiyə nümayəndəsi Səma Çalışqana 2:0 hesabı ilə qalib gəldi və növbəti dəfə Avropa Çempionatının qalibi sahib oldu.[11] Bununla da Yeleva Vıstropova bu idman növü üzrə 2 dəfə Avropa Çempionatının qalibi olan birinci Azərbaycna idmançısı olaraq tarixə düşdü.
Avropa Çempionatı | Niderland | |||
Dünya Çempionatı | Çin | |||
Olimpiya Oyunları | Birləşmiş Krallıq | |||
Avropa Çempionatı | Rumıniya | |||
Dünya Çempionatı | Cənubi Koreya | |||
Avropa Oyunları | Azərbaycan | |||
Avropa Olimpiya Təsnifat Turniri | Türkiyə | |||
Dünya Çempionatı | Qazaxıstan | |||
Avropa Çempionatı | Bolqarıstan |