Rövşən Hüseynov (17 dekabr 1975; Yeğeqnadzor, Ermənistan SSR) — Azərbaycanı təmsil edən boksçu, 1993-cü il Avropa Çempionatının qalibi.[1]
Rövşən Hüseynov | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||||||
Tam adı | Rövşən Məmməd oğlu Hüseynov | ||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||
Doğum tarixi | |||||||||||
Doğum yeri | Yeğeqnadzor, Ermənistan SSR | ||||||||||
Boyu | 168 sm. (5 ft 6 in) | ||||||||||
İdman növü | Boks | ||||||||||
Məşqçisi | Rauf Cabbarov | ||||||||||
Komandası | Dinamo İdman Cəmiyyəti | ||||||||||
Medallar
|
Rövşən Hüseynov 1993-cü ilin sentyabrında Bursa şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[2] 1/8 final mərhələsində Ukrayna nümayəndəsi İqor Matveyçuhu, 1/4 final mərhələsində isə Bolqarıstan təmsilçisi Yulian Stroqovu məğlub edən Rövşən Hüseynov turnirin yarım-final mərhələsinə adladı.[2] Finala gedən yolda onun rəqibi Türkiyə nümayəndəsi Kadir Yıldırım oldu.[2] Bu görüşdə də Rövşən Hüseynov rəqibi üzərində qələbə qazandı və turnirin final görüşünə vəsiqə qazandı.[2] Həlledici görüşdə isə onun rəqibi Almaniya təmsilçisi Rico Kubat oldu.[2] Sentyabrın 12-də baş tutan final görüşündə Rövşən Hüseynov rəqibi üzərində 8:4 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının qalibi oldu.[2] Bununla da Rövşən Hüseynov bu idman növü üzrə Avropa Çempionatının qalibi olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü.
Azərbaycan Prezidenti Heydər Əliyevin 5 mart 1995-ci il tarixli 292 nömrəli Sərəncamına əsasən Azərbaycan idmanında xidmətlərinə görə Rövşən Məmməd oğlu Hüseynov "Tərəqqi" medalı ilə təltif edildi.[3]
Üç ildən sonra Rövşən Hüseynov 1996-cı ilin aprelində Vayle şəhərində (Danimarka) baş tutan Avropa Çempionatında mübarizə apardı.[4] 1/8 final mərhələsində o, Ukrayna nümayəndəsi Sergey Kovqanhoya məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.[4]
Rövşən Hüseynovun Dünya Çempionatlarında debütü 2001-ci ilin iyununda oldu.[5] Şimali İrlandiyanın Belfast şəhərində baş tutan turnirin təsnifat mərhələsində Rövşən Hüseynov Yunanıstan nümayəndəsi Boris Georgiadisa 10:12 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini uğursuz başa vurdu.[5] 2003-cü ilin iyulunda Tailandda da baş tutan Dünya Çempionatında Rövşən Hüseynov uğursuz çıxış elədi.[6] Turnirin 1/16 final mərhələsində Macarıstan nümayəndəsi Henri Kertesza gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə 11:11+ hesabı ilə məğlub olan Rövşən Hüseynov növbəti dəfə Dünya Çempionatında mübarizəsini uğursuz başa vurdu.[6]
2004-cü ilin fevralında Rövşən Hüseynov 8 ildən sonra Avropa Çempionatında mübarizə apardı.[7] Rövşən Hüseynov turnirin təsnifat mərhələsində Niderland nümayəndəsi Husnu Koçabasa (34:22), 1/8 final mərhələsində isə Xorvatiya nümayəndəsi Filip Paliça (RSCO) qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı.[7] Bu mərhələdə Rövşən Hüseynov Türkiyə nümayəndəsi Səlcuq Aydına məğlub oldu və medalın bir addımlığında mübarizəsini dayandıraraq Avropa Çempionatını beşinci pillədə başa vurdu.[7]
Rövşən Hüseynov Azərbaycanı 2004-cü ilin avqustunda Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi.[8] 60 Kq. turnirində çıxış edən Rövşən Hüseynovun olimpiadanın 1/16 final mərhələsində rəqibi CAR nümayəndəsi Bonqani Mahlanqu oldu.[8] Avqustun 16-da baş tutan görüşdə Rövşən Hüseynov rəqibinə 22:14 hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı.[8] Bu mərhələdə onun rəqibi ABŞ nümayəndəsi Visente Esobedo oldu.[8] Avqustun 20-də baş tutan görüşdə rəqibindən tam üstün olan Rövşən Hüseynov rəqibi üzərində 36:18 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı.[8] Bu mərhələdə isə onun rəqibi üç dəfə Dünya Çempionatının qalibi, 2000-ci il Sidney Olimpiadasının çempionu Kuba nümayəndəsi Mario Kindelan oldu.[8] Avqustun 24 baş tutan görüşdə Rövşən Hüseynov təcrübəli və titullu rəqibinə 11:24 hesabı ilə məğlub oldu.[8] Bununla da 28 yaşlı Rövşən Hüseynov olimpiadanı beşinci pillədə başa vurdu.[8]
Avropa Çempionatı | Türkiyə | |||
Avropa Çempionatı | Danimarka | |||
Dünya Çempionatı | Şimali İrlandiya | |||
Dünya Çempionatı | Tailand | |||
Avropa Çempionatı | Xorvatiya | |||
Olimpiya Oyunları | Yunanıstan |