Salpiqlossis

Salpiqlossis — Bu bitkinin adı yunanca, "borudilcikli" deməkdir. Bu ad çiçəyin formasına görə verilmişdir. Çilinin subtropik zonalarında yabanı halda bu cinsin 18 növü bitir, ancaq gülçülükdə yalnız bir növündən istifadə olunur. Diş-diş salpiqlossis (S.sinuata) 1 m hündürlükdə, uzunsov yarpaqları yapışqan tükcüklərlə örtülüdür. Zoğların başlarında açılan çiçəklərin diametri 6 sm olub, tək-təkdir. Çiçəklərin rəngi darçını, sarı, ağ, bənövşəyi, qırmızı ya da çəhrayı olur. Çiçəyin ləçəklərində olan tünd damaracıqlar onlara xüsusi gözəllik verir. Salpiqlossisin toxumlarını may ayında torpağa əkməklə çoxaldırlar. Toxumların üstünə torpaq tökürlər. Salpiqlossis məhsuldar torpaqları sevir. Vegetasiya dövründə ona bir neçə dəfə gübrə vermək lazımdır. Yayı yağışlı keçən zonalarda onu becərmək məsləhət deyil.

Salpiqlossis
Elmi təsnifat
Beynəlxalq elmi adı

Məlumat mənbəsi

[redaktə | mənbəni redaktə et]
  1. Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016. http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine