Salzburq Universiteti

Salzburq UniversitetiAvstriyanın Salzburq şəhərində dövlət universiteti. Universitet Salzburq əyalətinin ən böyük təhsil müəssisəsidir.

Salzburq Universiteti
Universität Salzburg
Loqonun şəkli
Xəritə
47°47′50″ şm. e. 13°02′53″ ş. u.
Əsası qoyulub 1962, 1622
Tələbə sayı 17.969[1]
Ölkə
Sayt plus.ac.at
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Universitet binasının arxa planında Hohensalzburg qalası görsənir
Katolik İlahiyyat Fakültəsi
Universitet kitabxanası

1622-ci ildə açılan universitet 1810-cu ildə bağlandı və 1962-ci ildə yenidən quruldu. İlk illərdə universitetdə İlahiyyat, Fəlsəfə, Hüquq və Tibb kimi kurslar tədris olunurdu. 1964-cü ildə Hüquq fakültəsi əlavə edildi.

1975-ci ildə yeni Federal qanun bütün Avstriya universitetlərinin təşkilini tənzimlədi. Salzburq Universitetində 4 Akademik bölmə yarandı: Katolik İlahiyyatı, Hüquq, Humanitar Elmlər və Təbiət Elmlər bölməsi.

  • Hüquq və İqtisadiyyat
  • Mədəniyyət Elmləri
  • Sosial Elmlər
  • Təbiət Elmləri
  • Analitik və Həyat Elmləri
  • Katolik İlahiyyatı

Tanınmış məzunları

[redaktə | mənbəni redaktə et]
  • Benita Ferrero-Valdner — Avstriyalı diplomat və siyasətçi.
  • Aleksandra Föderl-Şmid — Avstriyalı jurnalist
  • Karl-Markus Qaus — yazıçı
  • Erih Hakl — yazıçı
  • Hannes Leitgeb — Avstriyalı filosof və riyaziyyatçı
  • Gerhart Holzinger — Avstriyalı Konstitusiya hüquqşünası
  • Ervin Kräutler — Roma Katolik yepiskopu
  • Peter Launsky-Tiffental — diplomat
  • Andreas Maislinger — tarixçi
  • Leopold Motsart — bəstəkar
  • Mari-Luiza Noş — Danimarkalı arxeoloq
  • Brigitta Pallauf — Avstriyalı siyasətçi
  • Franz Şausberger — Avstriyalı siyasətçi və tarixçi
  • Bettina Baumer — Avstriya əsilli hindli alim və hindoloq
  • Stefan Veber — Avstriya media tədqiqatçısı
  • Karl von Habsburq — Avstriyalı siyasətçi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]