Sambın Qonçiksumla (monq. Сэмбийн Гончигсумлаа; 18 fevral 1919, Bayanxonqor[d] – 25 noyabr 1991[1], Ulan-Bator) — Monqolustan bəstəkarı və dirijoru.
Sambın Qonçiksumla | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 18 fevral 1919 |
Doğum yeri |
|
Vəfat tarixi | 25 noyabr 1991[1] (72 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Janr | opera |
Təhsili | |
Mükafatları |
|
Sambın Qonçiksumla 18 fevral 1919-cu il tarixində Monqolustanın Bayanxonqor şəhərində anadan olmuşdur. O, Ulan-Bator və İrkutsk şəhərlərində təhsil almışdır. Təhsilini tamamladıqdan sonra Qonçiksumla Monqolustanda tərcüməçi, müəllim və baytar olaraq çalışmışdır. O, 1943–1950-ci illərdə Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq və dirijorluq ixtisası üzrə təhsil almışdır. Qonçiksumla 1960-cı ilə qədər Ulan-Bator Dövlət Musiqili Teatrının dirijoru olmuşdur. Bir neçə opera və balet, simfoniya, fortepiano əsərləri və mahnıların müəllifidir. Sambın Qonçiksumla 25 fevral 1991-ci il tarixində, 72 yaşında Ulan-Bator şəhərində vəfat etmişdir.[2][3][4]