Ulan-Bator[4] (monq. Улаанбаатар) — Monqolustan dövlətinin paytaxtı.
Ulan-Bator | |
---|---|
Улаанбаатар ᠤᠯᠠᠭᠠᠨᠪᠠᠭᠠᠲᠤᠷ | |
47°55′16″ şm. e. 106°54′19″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1639[1] |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.350 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 210 |
Nəqliyyat kodu | УБ_, УН_ |
Digər | |
ulaanbaatar.mn | |
Vikianbarda əlaqəli mediafayllar |
Ulan Bator Mərkəzi Şimali Monqolustanda, Tuul çayı üzərindəki bir vadidə, 1310 metr yüksəklikdədir. Şəhər ölkənin mədəni, sənaye və maliyyə mərkəzidir və Monqolustan yol şəbəkəsinin mərkəzidir. Rusiya Trans-Sibir Dəmir Yolu və Çin dəmir yolu sistemi şəhərdən keçir.[5]
Şəhərin əsası 1639-cu ildə Orqoo adı altında qoyulmuşdur. 1924-cü ilə qədər Rusiyada Uqra adı ilə tanınırdı. 1924-cü ildə adı dəyişilərək Ulan-Bator (ulan — monqolcadan tərcümədə "qırmızı", bator — "bahadır" deməkdir) adlandırılmışdır.
Paytaxt Tola çayının vadisində yerləşir. Ərazisi 4,704.4 km2, əhalisi 1.172.400 nəfərdir. Şəhərdə beynəlxalq hava limanı vardır.
Ulan-Batorda metal və ağac emalı, evtikmə sənayesi inkişaf edib.
Şəhərdə Monqolustan Elmlər Akademiyası və Ulan-Bator Dövlət Universiteti fəaliyyət göstərir.
Muzeylər: Mərkəzi muzey, Zərif incə sənət muzeyi, Din muzeyi.
Cəlbedici yerlər: Boqda-ula dağ qoruğu, Ulan-Batordan qərbdə Böyük Monqol imperiyasının Çingizlilər dövründəki paytaxtının (Qaraqorum) arxeoloji qazıntıları.
Dövlət opera teatrı | Drama teatrı | Milli Qalereya |