Sambucus racemosa

Qırmızı gəndəlaş (lat. Sambucus racemosa) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin gəndəlaş cinsinə aid bitki növü.

Qırmızı gəndəlaş
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Yarpağı tökülən kol və ya kiçik ağacdır. Latınca növ epitetini (lat. Racemosa) "salxımvari", "budaqlı" (lat. Racemus — "üzüm salxımı") kimi tərcümə etmək olar. Ədəbiyyatda növün bir neçə: salxımvari gəndəlaş, qırmızı gəndəlaş, adi gəndəlaş adına rast gəlinir.

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1,5-3,5 m olan, düzgövdəli koldur. Cavan bitkilərin qabığı hamar, qocalarda soyulandır. Gövdələrin üzərində ağımtıl rəngli qabarcıqlar olur. Tumurcuqları iri, yumurtavaridir. Yarpaqları üzbəüz, lələkvari, uzunsov-lansetvari, xırda dişli olub, uzunluğu 5-10 sm-dir. Cavan yarpaqları bəzən tünd-qırmızı və ya bənövşəyi rəngli olur — bu çox miqdarda antosianın olması ilə əlaqədardır. Çiçəkləri xırda, ikicinsli, ikilidir, beşhissəli çiçəkyanlığı vardır. Çiçək tacı yaşılımtıl-sarı və ya sarımtıl-ağ, diametri 20 sm-dək olan möhkəm, uzunsov, yumurtavari və ya konusvari formalı, süpürgəvari çiçək qruplarına yığılmışdır. Erkəkcikləri 5-dir. Çiçəkləmə may-iyunda, meyvələri qırmızı rəngli çəyirdəkdir, iyul-avqustda yetişir. Çoxaldılma oduncaqlaşmış qələmlərlə aparılır.

Gilli torpaqlarda, rütubətli şam meşələrində rast gəlinir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda, dağətəyi zonalarda təbii şəraitdə yayılmışdır.

Dekorativ məqsədlə bağ və parklarda becərilir. Çiçəklərindən və meyvələrindən soyuqdəymə xəstəliklərinin, bronxial astmanın, baş ağrısının və revmotizmin müalicəsində istifadə edilir. Balverən bitkidir.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 270.