Samir Cəbrayılov

Samir Cəbrayılov (7 sentyabr 1994) – Azərbaycanlı peşəkar dağ velosiped yarışçısı.[3].

Samir Cəbrayılov
Doğum tarixi 7 sentyabr 1994(1994-09-07)[1] (30 yaş)
Doğum yeri
Fəaliyyət illəri 2013 – indiyədək
Mükafatları "Əziz Şuşa" yarışı qalibi (2022)

7 sentyabr 1994-cü ildə Ukraynanın Çerkasi vilayətində anadan olmuşdur. Gənc yaşlarında velosiped idmanına maraq göstərib və təhsilini bu idman növü ilə paralel olaraq davam etdirib. İlk həyatında idmana olan güclü bağlılığı onu peşəkar velosipedçi olmağa sövq edib. 2013-cü ildən Azərbaycanı beynəlxalq turnirlərdə Azərbaycanın peşəkar dağ velosiped idmanında təmsil edir.

İlk yarışı 19 yaşında, 13-16 aprel tarixlərində Filippində keçirilən yarışmada baş tutmuşdur. 52 iştirakçı arasından 40-cı yerə çıxmışdır.[4] Həmin ildə müxtəlif beynəlxalq yarışlarda iştirak etmiş, ilk yüksək nəticəsini 21 iyun 2013-cü ildə Xızıda keçirilən milli yarışda əldə etmiş və 15 xal toplayaraq birinci yerə çıxmışdır.[5] Daha sonra 26-30 iyun tarixlərində Malayziyada keçirilən yarışmanın sonuncu günündə (5-ci mərhələsində) birinci yerin sahibi olmuş və ümumi sıralamada 30-cu yerə çıxmışdır.[6] Həmin il ərzində daha sonra dünyanın müxtəlif ölkələrində 10-a yaxın beynəlxalq velosiped yarışlarında iştirak edərək təcrübə toplamışdır.[7]

Bu il üzrə ilk yarış 9-13 mart tarixlərində Tayvandə keçirilən yarışmada baş tutmuşdur. 48 iştirakçı arasından 27-ci yerə çıxmışdır.[8] Daha sonra Soçidə keçirilən yarışda dağ klassifikasiyası üzrə 4-cü yerdə qərarlaşmışdır. Bu il üzrə ilk yüksək nəticəni 27 və 29 iyun 2014-cü il tarixlərində SamuxDaşkəsəndə keçirilən milli yarışda əldə etmiş və müvafiq olaraq 2 və 3-cü yerləri tutmuşdur [9]. Bir neçə beynəlxalq yarışlardan sonra 1-9 noyabr tarixlərində Çində keçirilmiş yarışda gənc kateqoriyada 3-cü yerə, 11 noyabr tarixində Çinin Yançenq vilayətində keçirilmiş yarışda isə 2 xal əldə edərək 5-ci yerə çıxmışdır.

Bu il ərzində də müxtəlif beynəlxalq və milli yarışlarda iştirak etmişdir. Yerli yarışlarda qazandığı qələbə 13 və 16 iyun tarixlərində, uyğun olaraq Gəncə və Xızıda keçirilmiş yarışlarda baş tutmuş və hər iki yarış üzrə 3-cü yerə çıxmışdır. 10 sentyabr 2015-ci ildə Venesiyada keçirilən yarışda 3-cü mərhələ üzrə 3-cü yer, ümumi dağ təsnifatı üzrə 6-cı yerə çıxmışdır.

23 aprel 2016-cı ildə Xorvatiyada keçirilmiş yarışın 5-ci mərhələsi Porek şəhərinndə keçirilmiş və Samir 4-cü yerə çıxmışdır.[10] 27 may tarixində Ukraynanın Kiyev şəhərində keçirilmiş yarışda topladığı 7 xalla 3-cü yerə çıxmağa müvəffəq olmuşdur.[11]

11 may tarixində Xızıda keçirilən yarışmada 3-cü yerə layiq görülmüşdür.[12] Həmin il ərzində bir neçə digər beynəlxalq yarışlarda da iştirak etmişdir.

11 mart tarixində Türkiyənin Manavqat bölgəsində keçirilən yarışda 2-ci yerə çıxmışdır. 16 aprel tarixində Mərakeşdə keçirilən yarışda dağ kateqoriyası üzrə 2-ci yerə çıxmışdır.

  1. Samir JABRAYILOV // https://www.uci.org/rider-details/87147.
  2. http://www.bakucyclingproject.com/samir-jabrayilov/.
  3. "Samir Jabrayilov". ProCyclingStats. 1 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 June 2016.
  4. "Arxivlənmiş surət". 3 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Aug 2024.
  5. "Arxivlənmiş surət". 3 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Aug 2024.
  6. "Arxivlənmiş surət". 3 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Aug 2024.
  7. "Arxivlənmiş surət". 3 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Aug 2024.
  8. https://www.procyclingstats.com/race/tour-de-taiwan/2014/points (#bare_url_missing_title). İstifadə tarixi: 3 Aug 2024.
  9. "Arxivlənmiş surət". 3 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Aug 2024.
  10. "Arxivlənmiş surət". 3 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Aug 2024.
  11. "Arxivlənmiş surət". 3 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Aug 2024.
  12. "Arxivlənmiş surət". 3 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Aug 2024.