Samir Ziyəddin oğlu Kaçayev (5 mart 1994 və ya 6 mart 1994, Şamaxı – 2 aprel 2016, Tərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, heykəltaraş. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Samir Kaçayev | |
---|---|
Samir Ziyəddin oğlu Kaçayev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Çuxuryurd, Şamaxı rayonu, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Tərtər rayonu, Azərbaycan |
Vəfat səbəbi | döyüşdə ölüm |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Təltifləri |
Samir Kaçayev 5 mart 1994-cü ildə Şamaxı rayonunun Çuxuryurd kəndində Ziyəddin və Əminə Kaçayevlərin ailəsində anadan olub. 2011-ci ildə orta təhsilini bitirən Samir Kaçayev elə həmin il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil oldu. 2015-ci ildə isə magistaturaya qəbul oldu.
Samir Kaçayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 3-ü isə Samir Kaçayev doğulduğu Şamaxı rayonunun Çuxuryurd kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Qaçayev uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Samir Kaçayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.
2017-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Vaqif Əsədovun rejissorluğu ilə Samir Kaçayevin xatirəsinə həsr edilmiş "Yarımçıq qalmış…" tamaşası səhnəyə qoyulmuşdur.[1][2]