Samir Pişnamazzadə (tam adı: Pişnamazzadə Samir Polad oğlu; d.1976 - ö.2014) - Tarix üzrə fəlsəfə doktoru. AMEA-nın Gəncə bölməsində İctimai Elmlər Bölməsinin rəhbəri, AMEA-nın Gəncə Bölməsinin akademik-katibinin müavini, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının İdarə Heyətinin üzvü, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Büro üzvü.[1]
Samir Pişnamazzadə | |
---|---|
Samir Polad oğlu Pişnamazzadə | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Elmi dərəcəsi | Tarix üzrə fəlsəfə doktoru |
Samir Pişnamazzadə 1976-cı ildə Gəncə şəhərində ziyalı ailəsində dünyaya gəlib. 1993-cü ildə Gəncə şəhər 4 saylı tam orta məktəbini, 1999-cu ildə isə Gəncə Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirib. 2001-ci ildə elə həmin Universitetdə əmək fəaliyyətinə başyalan Pişnamazzadə 2007-ci ildə namizədlik dissertasiyası müdafiə edib, 2011-ci ildə isə Dosent elmi adı alıb. 2012-ci ildən etibarən AMEA-nın Gəncə Bölməsinin akademik-katibinin müavini vəzifəsində çalışıb. Samir Pişnamazzadə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının İdarə Heyətinin üzvü, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Büro üzvü olub.[1]
O, uzun illər Gəncənin qədim tarixinin araşdırılması, gizlin qalan faktların üzə çıxarılması istiqamətində bir sıra işlər görüb. İstər Gəncənin 4000 illik yaşının sübuta yetirilməsi, istər tarixi binaların qeydiyyata alınaraq, pasportlaşdırılması, bir çox abidələrin bərpa olunması, adı birbaşa Gəncə ilə əlaqəli olan görkəmli şəxsiyyətlərin monoqrafiyalarının çapa hazırlanması və bir sıra başqa işlərdə Samir Pişnamazzadənin əvvəzsiz rolu olub.[1]