Samo (azərb. Yalnız) — Xorvatiya müğənnisi və bəstəkarı Nina Kralyiçin debüt studiya albomu. 30 sentyabr 2016-cı il tarixində "Universal Music Austria" vasitəsilə Xorvatiyada işıq üzü görmüşdür. Alboma, ifaçının sayca 61-ci Avroviziya Mahnı Müsabiqəsində ölkəsini uğurla təmsil etdiyi "Lighthouse" mahnısı da daxildir.
Samo
Nina Kralyiç tərəfindən ifa olunmuş studiya albomu
Albom ifaçının özünəməxsus musiqi istedadını özündə əks etdirir. 2015-ci ildə buraxılması planlaşdırılsada, Avroviziya Mahnı Müsabiqəsi layihəsi səbəbilə təxirə salınmışdır. "Samo"da yer alan "Lullaby" və "Lay you down" mahnıları ilə ifaçı özünü eyni zamanda söz yazarı və bəstəkar kimi də təqdim etmişdir. "Što to nema" mahnısında xorvatiyalı məşhur pianoçu Matiya Dediç çıxış etmişdir. Alboma daxil edilmiş "Negdje" mahnısı ifaçının ivrit dilində səsləndirdiyi "Ata ey foshehu sham" mahnısının xorvat dilində olan versiyasıdır.