Samson fəvvarəsi (alm. Simsonbrunnen) — İsveçrənin Bern şəhərinin Kramqasse döngəsində yerləşir. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi[1].
Samson fəvvarəsi | |
---|---|
Simsonbrunnen | |
46°56′53″ şm. e. 7°27′02″ ş. u.HGYO | |
Ölkə | İsveçrə |
Şəhər | Bern |
Yerləşir | Bern |
Tikilmə tarixi | 1544 |
Vəziyyəti | fəaliyyət göstərir |
Vikianbarda əlaqəli mediafayllar |
1527-ci ildə Hans Ginq tərəfindən inşa olunmuş taxta fəvvarə 1544-cü ildə daşla əvəzlənmişdir[2]. Fəvvarənin hovuzu səkkizbucaqlı formaya malikdir. Fəvvarə şirin ağzını yaran məşhur bibley qəhrəmanı Samsonu ifadə edir. XVI əsrdə Samson güc təcəssümü idi və qədim yunan mifologiyasında qəhrəman Herakl ilə eyniləşdirilirdi.
Yəqin ki, bu fəvvarə qessab gildiyasının ianələri sayəsində inşa edilmişdir. Əvvəllər fəvvarə Şaalbrunnen adlanırdı (Bern ləhcəsində Schaal - sallaqxana deməkdir); 1687-ci ildə onun adı dəyişdirilərək "Qəssab" (alm. Metzgernbrunnen) qoyulmuş və yalnız 1827-ci ildə o özünün hazırkı adını qazanmışdır. 1973-cü ildə fəvvarənin heykəl və sütununun sürəti hazırlanmışdı, orijinal bəzək elementləri isə hal-hazırda Bern şəhərinin Tarix muzeyində saxlanılır.