Samuel Armstronq (ing. Samuel Chapman Armstrong) - Amerika pedaqoqu. Quldarlıq əleyhinə çıxmış, zəncilər və hindilər üçün təhsil müəssisələri yaradılmasının layihəsini hazırlamışdır.
Samuel Armstronq | |
---|---|
ing. Samuel Chapman Armstrong | |
Doğum tarixi | |
Doğum yeri | Maui, Havay adaları |
Vəfat tarixi | (54 yaşında) |
Vəfat yeri | Hempton, Virciniya |
Vətəndaşlığı | ABŞ |
Milliyyəti | Amerikalı |
Təhsili |
|
Fəaliyyəti | pedaqoq |
Vikianbarda əlaqəli mediafayllar |
1868-ci ildə Virciniya ştatının Hempton şəhərində zənci və hindi uşaqlarından müəllim hazırlayan pullu inistutun əsasını qoymuş, ömrünün sonunadək ona rəhbərlik etmişdir. İnistutda ümumi təhsil fənlərindən başqa tələbələrə müxtəlif peşə (dəmirçilik, çəlləkçilik, çəkməçilik, dülgərlik və toxuculuq) öyrədilirdi. Sonradan Hemptondakı təhsil mərkəzinə bənzər təhsil müəssisələri başqa ştatlarda da açılmağa başladı.