Samur (lat. Martes zibellina) — məməlilər sinfinə, dələkimilər fəsiləsinə daxil olan növ.
Samur (heyvan) | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Samur (heyvan) |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Samurun bədən uzunluğu 56 sm, quyruğu isə 20 sm-ə qədərdir.
Xəzinin rəngi dəyişkəndir. Bəzi fərdlər demək olar ki, tamamən qara rəngdə olur. Bəzilərinin rəngi isə çox açıq, qumlu sarı və ya parlaqdır. Elə fərdlərdə vardır ki, arxa tərəfində tünd bir kəmər olan qəhvəyi ton, yan tərəflər isə nisbətən açıqdır.
Sibir tayqasının xarakterik bir sakinidir. Çevik və ölçüsünə görə çox güclü yırtıcıdır. Yerüstü həyat tərzi sürür. Bir qayda olaraq, dağ çaylarının yuxarı axınlarında, dağlıq ərazilərdə, daş örtüklər arasında yaşayır. Bəzən ağacların zirvələrinə qalxır. Sıçrayışlarla hərəkət edir. Atlamanın uzunluğu 30–70 sm-dir. Ağaclara yaxşı dırmaşa bilir. Yaxşı inkişaf etmiş eşitmə və qoxuya qabiliyyətlərinə sahibdir. Görmə qabiliyyəti nisbətən zəifdir. Yeni və quru qar üzərində asanlıqla hərəkət edir. Səhər və axşam ən fəal olduğu dövrdür.
Nadir hallarda səs çıxarırlar. Digər dələkimilər kimi qorxu və həyəcanlanma zamanı civiltili səslər çıxarır və düşmənə qarşı müdafiədə almağa çalışır. Qışqırığı xatırladır. Məhəbbət oyunları zamanıda müəyyən səslər müşayiət olunur[3].
Qida rasionunun böyük hissəsini gəmiricilər təşkil edir. Əsasən qırmızı çöl sıçanı (cənubda qırmızı-boz çöl siçanı) ön yerdə gedir. Yeniseyin şərqində və Sayanda isə Ochotona cinsinə daxil növlər üstünlük təşkil edir. Tez-tez sincab və burundukları yeyir, dovşanlara da belə hücum edir. Bir ildə Krasnoyarsk diyarında bir neçə milyon sincabı məhv edir. Quşların içərisində adi bonazi tetrasına və turaclara hücum edir. Ümumiyyətlə quşlar onlar üçün ikinci dərəcəli bir qidadır. Ovlarını əsasən alatoraqlıqda, gcə radələrində edirlər, lakin gündüz vatlarıda tez-tez ovlamalrı müşahidə edilir.
Bundan əlavə samurların qida rasionuna bitki qidaları da daxildir: sidr toxumları, quşarmudu, cır mərsin. Ayrıca mərcangilə, qaragilə, adi meşəgilası, itburnu, qarağat, Amur üzümü, Çin cır limonunu da yeyirlər.
Yuvalarını ağacların oyuqlarında, daşların altlarında qururlar. Heyvanlar iki-üç yaşlarında qədər cinsi yetkinliyə çatır və 13–15 ilədək yaşayırlar. İyun — iyul aylarında cütləşmə baş verir. Boğazlıq dövrü 250–290 gündür. Birdən yeddi bala verə bilir. Adətən isə 3–4 bala verir.
Hal-hazırda samurlar Rusiyanın Ural dağlarından tutmuş Sakit okeanın sahillərinə qədər ərazidə yayılmışlar. Şimalda arealı meşə bitki örtüyünün hüdudlarına qədərdir. Əsasən sidr ağaclarının yayıldığı meşələrə üstünlük verir. Yaponiyada, Hokkaydo adasında da aşkar edilmişdir. Şərqin Uralda meşə dələsi ilə samurun qarışığı olan kidus adlı hibridinə rast gəlinir.
XVII əsrə qədər Finlandiyada[4], XIX əsrə qədər Kareliya, Baltikyanı ölkələr və Qərbi Polşada müşahidə edilirdi[5].
Ümumilikdə samurlar ölçü və rəng sxemi ilə fərqlənən 17 yarımnövə bölünürlər. Bunlardan bəziləri bunlardır[6][7]: