Samuy adası

Samuy adası (tay เกาะสมุย) — Sakit okeana daxil olan Siam körfəzində yerləşən ada. İnzibati baxımdan Taylandın Surattani vilayəti ərazisinə daxildir. Taylandda Pxuket adasından sobra ikinci ən böyük adadır. Adanın sahəsi 228,7 km², maksimal hündürlüyü isə 635 metr təşkil edir. Məşhur turizm mərkəzlərindən hesab edilir. Banqkokdan 700, Taylandın şərq sahillərindən isə 40 km məsafədə yerləşir. Ada özünün təbii gözəlikləri ilə seçilir. Burada çimərliklər, mərcan rifləri və kakos palmaları üdtünlük təşkil edir. 2008-ci ilin iyununda ada ayrıca bir inzibati vahidlik statusu almışdır. Əvvəllər isə Surattxani şəhərinin inzibati vahidliyinə daxil idi.

Samuy adası
tay เกาะสมุย
Ümumi məlumatlar
Sahəsi 228,7 km²
Uzunluğu
  • 26 km
Eni 21 km
Hündür nöqtəsi 635 m
Əhalisi 45.000 nəfər
Yerləşməsi
9°30′ şm. e. 100°00′ ş. u.HGYO
Ölkə  Tailand
Akvatoriya
Samuy adası xəritədə
Samuy adası
Samuy adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Anqtxonq

Samuy Cənubi Çin dənizində Surattxani şəhərindən 35 km şimal-şərqdə qərarlaşır. Adanın ölçüləri 21x24 kilometrədir. Samuy ətrafında yerləşən bir çox adalarla birlikdə Anqtxonq milli parkı ərazisinə daxildir. Ancaq onun yaxınlığında yerləşın Ko Pha Nqan, TauKo Nanq Yuan adaları isə qoruğa daxil deyildir.

Adanın mərkəzi hissəsində 635 metr hündürlüyü olan və cəngəlliklərlə örtülmüş Khaopom piki yerləşir. Ətraf əraziləri isə düzənlikdir.

Köhnə paytaxt olan Naton adanın cənub-qərbində yerləşir. Harırda belə əsas liman şəhəri olaraq qalır. Burada yerli əhali üçün yerli icra nümayəndəliyi və iqtisadi mərkəz fəaliyyət göstərir. Köhnə çin evləri mərkəzi küçədə yerləşir.

Samuy adasın, Cənubi Taylandda olduğu kimi iki mövsüm hakimdir. Maydan dekabra qədır yağışlı mövsüm, yanvardan aprelə qədır isə quru mövsüm olur. Yağışlar mövsümündə yağışlar güclü yağsa da, davamlı olmur.

Böyük Budda heykəli

Belə ehtimal edilir ki, ada VI əsrdə Malay yarımadası[1]Çindən gəlmiş balıqçılar tərəfindəs kunlaşılmışdır. Min sülaləsi dönəmində ada çin xəritələrinə salınmışdır. Samuy adının haradan yaranması haqqında məlumat yoxdur. Ona bilsin ki, bu ad adada olmuş kəndin adı ilə bağlıdır. Bəlkədə çin dilində olan Saboey zözündən törəmişdir ki buda gizlənc yeri mənasını verir. İkinci Dünya müharibəsi dönəmində ada yaponlar tərəfindən işğal edilmişdir. XX əsrin sonlarına qədər ada sakinləri bir icma şəklində yaşayır və materiklə az əlaqəli idilər[1]. Hətta 1970-ci illərə qədər adada yol olmamışdır.

Adada ilk turistlər XX əsrin 70-ci illərində görünməyə başlamışlar. Təşkil olunmuş tuizm isə 80-ci illərdə okişaf etmişdir.

Ada əhalisinin sayı 45 000 nəfər təşkil edir. Əsas gəlir mənbəyi turizm, kauçuk və kakos qozu ixracından əldə edilir. İqtisadi fəlirin armasına baxmayaraq adaya yeni adətlərin gəlməsi yerlilərlə gəlmə taylandlılar arasında münaqişəyə səbəb olur[2].

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]

Ada ümumilikdə 7 tambona bölünür (yarımrayon):

Adanın inzibati bölgüsü
  1. Ang Thong
  2. Lipa Noi
  3. Taling Ngam
  4. Na Mueang
  5. Maret
  6. Bo Phut
  7. Mae Nam

Tarixən adanın iqtiadiyyatı kənd təsərrüfatı və balıqçılıqda ibarət olmuşdur. Ada ərazisində kakos plantasoyaları hər zamanın üstün mövqe tutmuşdur. 1980-ci illərdən yurizm inkişaf etmişdir. Kütləvi tikinti və intenet çəkilməsi turistlərin sayının arasını təmin etmişdir. Təbii ki ekosistem əsad mövqe tutur.

Samuy hava limanı

[redaktə | mənbəni redaktə et]

Xüsusi hava limanı Bangkok Airways şirkətinə məxsusdur. Hazırda hava limanı Thai Airways International şirkətinədə xidmət göstərir. Hər gün 23 reys həyata keçirilir. Buradan Sinqapur, Honkonq, Kuala-Lumpur, PattayaPhuketə uçuşlar edilir.

Bərə əlaqəsi

[redaktə | mənbəni redaktə et]

Adaya həm də bərə ilə getmək olar. Adaya yaxınlıqda yerləşən limanlardan 40 dəqiqə və ya 1,5 saata getmək olur.

  1. 1 2 Joe Bindloss; Steven Martin; Wendy Taylor. Thailand's Islands and Beaches. Lonely Planet. səh. 199. ISBN 1-74059-500-9.
  2. Levy, Adrian; Scott-Clark, Cathy. "Danger in paradise". The Guardian. 2006-04-08. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 Feb 2015.