San-Marino məbədi (サンマリノ神社, San Marino cinca?, it. Santuario di San Marino) – San-Marinoda yerləşən şintoist məbədi. Avropada yerləşən ilk və yeganə rəsmi şintoist məbədi olmaq xüsusiyyətini daşıyır.[1]
Şintoizm | |
San-Marino məbədi (サンマリノ神社?) | |
---|---|
Həsr olunub | Amaterasu |
Yerləşməsi | |
Ölkə | San-Marino |
Bölgə | Serravalle |
Memarlıq | |
Üslubu | şinmey-zukuri |
|
|
Saytı | |
sanmarinojinja.com | |
Şintoizm terminologiyası |
San-Marino məbədi Avropada yerləşən ilk rəsmi şintoist məbədi olsa da, 1991-ci ildə Amsterdam şəhərində də şintoist məbədi tikilmiş və Paul de Leu həmin məbədin baş rahibi olmuşdur. Bundan əlavə, Fransada yerləşən bir buddist məbədində kiçik şintoist məbədi fəaliyyət göstərir.[2]
San-Marino məbədi Tohoku zəlzələsində ölən şəxslərin xatirəsini yad etmək məqsədilə 22 iyun 2014-cü ildə açılmışdır.[2] Məbəd San-Marino–Yaponiya Dostluq Cəmiyyətinin maliyyə dəstəyi ilə tikilmişdir. Tikinti işləri zamanı İse məbədinin ağacından və şinmey-zukuri memarlıq üslubundan istifadə edilmişdir.[3]
Məbədin açılışında 150 şəxs iştirak etmişdir. Bu şəxslərə Yaponiya Şintoist Məbədləri Assosiasiyasının prezidenti, İvaşimizu Haşimanqu məbədinin baş rahibi və baş nazir Şinzo Abenin anası daxil idi.[3]
Məbəddə günəş kamisi Amaterasuya səcdə edilir. Baş rahibi Françesko Briqantedir. O, bu vəzifəyə 2013-cü ildə təyin olunmuşdur.[3] Məbədin illik festivalı iyun ayının sonuncu həftəsonunda baş tutur.[1] Məbəd şinto toylarının keçirilməsi üçün də uyğundur.[2]