Xristianlıqda mifik köklərə bağlı olan, əbədi həyat bəxş edən İsa peyğəmbərin müqəddəs camı. Cam dedikdə həm də İsa peyğəmbərin müqəddəs nəslinin Mariya Maqdalinadan olan və Fransada yaşayan davamçıları da nəzərdə tutulur. San Qril Arturian ədəbiyyatında mühüm əhəmiyyət kəsb edir. Bəziləri bunu mifik hesab etsə də San Qrilin həqiqətən mövcud olduğuna inananlar da var. Lakin, Leonardo da Vinçinin "Son axşam yeməyi" əsərində San Qril təsvir olunmamışdır. San Qrilin axtarışları Səlib yürüşləri zamanı gizli şəkildə aparılırdı. San Qrilin axtarılması və qorunması məqsədilə Fransa kralı XI əsrdə 5 nəfərdən ibarət Sion Prioratını yaradır. Priorat tərəfindən Tampilyerlər ordeni yaradılır və orden Süleyman peyğəmbərin məbədinin xarabalıqıarından San Qrili və gizli xristian yazılarını taparaq Priorata təhvil verir. Və San Qril Priorat tərəfindən qorunmağa başlayır. Prioratın üzvləri dəyişə-dəyişə müasir dövrə qədər gəlib çıxmışdır. Hal-hazırda həmin sənədlər Roma papasının hakimiyyətinə zidd olduğu üçün yeri açıqlanmır. Prioratın məşhur üzvlərindən Leonardo Da Vinçi, İsaak Nyuton, Viktor Hüqo və digərlərinin adlarını çəkmək olar. 2003-cü ildə Prioratın üzvləri tapılmışdır və öldürülmüşdür. San Qrilin yeri isə naməlum olaraq qalır. San Qrilə müxtəlif bədii, elmi araşdırmalar həsr edilmişdir. Den Braunun "Da Vinçi şifrəsi" əsərində San Qril haqqında bəhs olunur.