Sandra Paoviç (xorv. Sandra Paović, 15 aprel 1983-cü ildə Vуkоvаr şəhərində anadan olub) — xorvatiyalı tennisçi (stolüstü tennis). 2008-ci il Olimpiya oyunlarının və 2016-cı il Paralimpiya Oyunlarının iştirakçısı. Paralimpiya Oyunlarının (2016) qalibi, paralimpiya dünya çempionu (2014) və paralimpiya Avropa çempionu (2013,2015). 2014-cü ildə ITTF versiyasına görən ən yaxşı paralimpiya tenniçisi (stolüstü tennis)[1].
Sandra Paoviç | |
---|---|
Vətəndaşlığı | |
Yaşadığı yer | Xorvatiya |
Doğum tarixi | 15 aprel 1983 (41 yaş) |
Doğum yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Vyakovarda anadan olmuş Sandra uşaqlığını Borovo icmasında keçirmişdir. Müharibə illərində Sandra ailəsi ilə Yuqoslaviya gəlmiş və Zmaevo şəhərində yerləşmişlər. Sandra yerli klubların birində stolüstü tennis karyerasına başlamışdır. Yuqoslaviya komandasına daxil olan Sandra 1996-cı ildə gənclər arasında keçirilən Avropa çempionatının bürünc medalına layiq görülmüşdür. 1997-ci ildə isə Aralıq dənizi oyunlarında Yuqoslaviyanı təmsil etmişdir.
1998-ci ildə ailəsi ilə Xorvatiyaya qayıtdı. 1998-ci ildə Gənclər arasında Avropa çempionatında Xorvatiya adından çıxış edərək komanda və qarışıq kateqoriyalarda qızıl medal qazandı. 2000-ci ildə qarışıq cütlüklər arasında Avropa çempionatının bürünc mükafatçısı, 2003 və 2005-ci illərdə komanda çempionatında gümüş mükafatçı olmuşdur.
30 yanvar 2009-cu ildə Paris yaxınlığında, Mondeville klub komandası qəza keçirdi: klub avtobusu yolda yuvarlandı. Komanda yoldaşlarının çoxu yüngül xəsarətlər alsa da, sağ arxa oturacaqda olan Sandra təhlükəli xəsarət aldı və ölümlə üzbə-üz qaldı. Qolları və ayaqları onurğa beyni xəsarətləri səbəbiylə iflic olmuşdu və həkimlərin proqnozları çox ümüdsiz idi. Ancaq Fransada il boyu intensiv müalicə aldı və apreldən etibarən Sandra bir neçə əməliyyat keçirdi.19 dekabr 2009-cu ildə, reabilitasiyanın ilk mərhələsi başa çatdırdıqdan sonra Sandra Vуkоvаra qayıtdı: demək olar ki, bütün dünya onun müalicəsi üçün pul yığılırdı. 2009-cu ildə Sandra Xorvatiyanın «Ponos Hrvatske» mükafatı ilə mükafatlandırıldı.
Tam sağaldıqdan sonra Sandra Paralimpiya stolüstü tennisinə keçdi və C6 sinifində (onurğa beyni zədəsi olan şəxslər) çıxış etməyə başladı. Paralimpiya idmançısı olaraq 2013-cü ildə Lignano şəhərində keçirilən Avropa çempionatında çıxış edərək, qızıl medal qazandı. Bir il sonra Pekində tək çıxışda qalib gəldi. Bir il sonra Veiladakı Avropa çempionatında qalib gəldi. Rio-de-Janeyroda keçirilən 2016 Paralimpiya yarışlarında Alman Stefanie Grebeyə qalib gəldi[2][3].