Sannikov Torpağı

Sannikov TorpağıŞimal Buzlu okeanında, Yeni Sibir adalarından şimalında görülməsi ehtimal edilən kabus ada.

Görünməsi və axtarışlar

[redaktə | mənbəni redaktə et]

Sannikov Torpağı haqqında ilk məlumatı 1810-cu ildə mamont sümüyü toplamaq hüququnu özündə saxlayan Yakov Sannikov vermişdir[1]. O, təcrübəli qütb araşdırmaçısı, Stolbovoy adasıFaddeyevski adaları kəşf etmiş bir səyyahdır. O, Kotelnı adasından şimalda geniş torpaq sahəsinin olması fikrini irəli sürmüşdür. Ovçunun dözlərinə görə dənizin ortasında hündür daşlı dağlar müşahidə edilir[2].

Torpağın mövcudluğuna şübhə yaradan məqam qazların yazda şimala gedərək payızda isə baları ilə geri qayıtması olur. Qazların buzlaq üzərində yuva qurub bala çıxarda bilməməsi şimalda onu deməyə əsas verirdi ki, şimalda əlverşli torpaq sahəsi vardır.

Torpağın ehtimal olunduğu yer Yeni Sibir adalarından şimalda yerləşdiyindən daimi dəniz səht buzlağı ilə tam örtülü olması ehtimal edilirdi. Hətta Yeni Sibir adaları daimi buzlaqların sərhəddində yerləşir. Bu səbəbdən burada yerləşən adaların ətrafı cəmi iki ay müddətində buzdan azad olur. Soyuq illərdə isə hətta yay ayları belə bölgə buzdan azad olmur. Bu adaların ərazidə uzun müddət qalaqlanmış buz yığınağı olması elə ehtimal edilir. III Aleksandr dəniz korpusu ilə görüşü zamanı bu sözləri demişdir: "Kim bu gözəgörünməz torpağı kəşf etsə elə onada məxsus olacaqdır. Дерзайте, мичмана!"[3]

XIX əsrdə edilən ekspedisiyaların böyük əksəriyyəti toroslar səbəbindən yarımcıq dalmışdır. Arktikada şimal qütb materikinin olmasını ehtimal edən Eduard Vasiliviç Toll bölgənin araşdırılması məqsədilə ekspedisiya təşkil edir. 13 avqust 1886-cı ildə Toll öz gündəliyində yazırdı :

Üfüq olduqca aydındır. Şimal-şərq aydın şəkildə dörd dirək dağı müşahidə etmək olur. Onlar düzənliklərlə əhatələnmişdir. Nəticədə onu demək olar ki, Sannikovun fəziyələri təstiqini tapmışdır. Biz ilk dəfə araşdırmalə şəkildə ərazini xəritəyə salmalı və ona "Sannikov Torpağı" adını verməliyik…

1893-cü ildə Toll növbəti dəfə üfüqdə dağları müşahidə etmişdir.

Elə həmin ildə Fritof Nansen özünün "Fram" gəmisində Yeni Sibir adaları yaxınlığından keçərkən 79 paralelə qədər gəlsə də heç bir torpaq aşkarlamır. O, özünün iki cildlik Fram sürüşü kitabında yazırdı:

20 sentyabr 1893-cü ildə biz Tollun qeyd etdiyi enliyə qədər gəldik. Burada Sannikov Torpağının cənub ərazisi yerləşməli idi. Ola bilsinki, bu torpaq elədə böyük olmayan adadır. Böyük ehtimal ki, o daha da şimalda yerləşə bilməz.

1902-ci ildə Rusiya qütb ekspedisiyası zamanı hədəf Sannkiv Torpağının aşkarlanması olmuşdur. Bu ekspedisiya zamanı Toll həlak olmuşdur.

1937-ci ildə sovet gəmisi olan "Sadko" buzqıran gəmisi ehtimal edilən ərazinin şimalı, cənubi və şərqi istiqamətində hərəkət etsədə bir nəticə əldə edilməmişdir. Bu bölgəyə arktik aviasiya cəlb edilsədə torpaq aşkarlanmır. Bununlada torpağın mövcudluğu rəsmək inkar edilir. Araşdırmaçıların fikrinə görə bu sadəcə buz qalağı olmuşdur. Güçlü istilər zamanı bu buzlar ərimişdir. Digərləri bunun buzlar arasında itən Merkuri adası, Diomid, Vasilevski adasıSemyonovski adası olmasını ehtimal edir. Bölgənin şelf hissəsinin araşdırmaları zamanı burada Sannikov bankəsi aşkarlanmışdır. Müəmmalı şəkildə qazların şimala istiqamətlənməsi onların Alyaska və Qrenlandiyaya hərəkət etməsi müəyyən edilmişdir[4][5].

Sannikov Torpağı incəsənətdə

[redaktə | mənbəni redaktə et]
  • "Sannikov Torpağı" romanı — Vladimir Afanaseviç Obruçevin elmi-fantastik roman (1926).
  • "Sannikov Torpağı" filmi — sənədli film, Albert Sarkisoviç Mkrtıyan və Leonid Serqeeviç Popovun rejisorluğu ilə Vladimir Afanaseviç Obruçevin romanı əsasında çəkilmişdir (1973).
  1. Черкашин Н. А. Адмирал Колчак: диктатор поневоле. — М. Вече, 2005. — 376 с., илл. (16 с.) (Досье без ретуши) ISBN 5-9533-0518-4. С. 55.
  2. "Sannikov Torpağı". 2015-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-31.
  3. Черкашин Н. А. Адмирал Колчак: диктатор поневоле. — М. Вече, 2005. — 376 с., илл. (16 с.) (Досье без ретуши) ISBN 5-9533-0518-4. С. 56.
  4. "Sannikov Torpağı". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-31.
  5. "Sannikov Torpağı". 2020-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-31.